Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançısı Selcan Mahsudova qızıl medal qazanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Təmsilçimiz fərdi proqramda 55,540 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bizim.Media