Fransada kütləvi iğtişaşlar və aksiyalar səngimək bilmir. Paytaxt Parisin müxtəlif rayonlarında baş verən yanğınlar və qatı tüstü buludları şəhərin üzərini bürüyüb.
Bizim.Media xəbər verir ki, fövqəladə hallar xidmətləri gücləndirilmiş iş rejimində çalışır.
Paytaxtın ayrı-ayrı küçələrində tullantıların yandırılması, barrikadalar və dağıdılmış obyektlərdən qalxan tüstü hələ də bir çox məhəllələrdən görünür.
Yanğınsöndürənlər gecə-gündüz alovun yaşayış binalarına və mühüm infrastruktur obyektlərinə keçməsinin qarşısını almağa çalışırlar.
İğtişaşların yaratdığı fəsadlar və təhlükəsizlik tədbirləri səbəbindən paytaxtda nəqliyyatın hərəkəti çətinləşib, əsas magistral yolların bir hissəsi bağlanıb.
Bizim.Media