Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Azərbaycanın Müstəqilliyin Bərpası Günü mübarək!
Ukrayna və Azərbaycanı tarixən möhkəm dostluq, strateji tərəfdaşlıq və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək birləşdirir.
Azərbaycan xalqına sülh, firavanlıq və işıqlı gələcək arzulayıram!
Dəstəyinizə görə minnətdarıq!” — deyə səfir qeyd edib.

Bizim.Media