Kreml Ukrayna tərəfinin "energetika atəşkəsi" çağırışlarına münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın mövqeyinin dəyişmədiyini və hərbi əməliyyatların müvəqqəti dayandırılmasında deyil, münaqişənin tam və yekun sülhlə tənzimlənməsində maraqlı olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İnterfaks agentliyi yayıb.
"Heç nə dəyişməyib. Bizə müvəqqəti atəşkəs yox, sülh lazımdır", — deyə Peskov vurğulayıb.
Kreml rəsmisi həmçinin qeyd edib ki, Ukrayna münaqişəsinin yekun nizamlanması Kiyev hakimiyyətinin nümayəndələrinin birbaşa iştirakı olmadan mümkün deyil.
Avropa liderlərinin bəyanatlarını şərh edən Kreml sözçüsü bildirib ki, ümumi Avropa yanaşmasının kor-koranə təkrarı konstruktiv həll yolunun tapılmasına kömək etmir.
Bizim.Media