Ukraynalı məşhur bloqer və hərbçi, şəbəkədə "Kirill Akkuratnı" kimi tanınan 35 yaşlı Kirill Soloşenko cəbhədə həlak olub.
Bizim.Media xəbər verir ki, bloqer oktyabrın 15-də döyüş tapşırığını yerinə yetirərkən Rusiya FPV-dronunun zərbəsindən silahdaşını öz bədəni ilə bağlayaraq həyatını itirib.
Kirill Soloşenko genişmiqyaslı müharibə başlayan ilk günlərdən Ukraynanın müdafiəsinə qalxmışdı.
Acı xəbəri onun dostu Boqdan "Instagram" hesabında paylaşıb. O, Kirilli "ən işıqlı insan", "məclislərin ruhu" və Vətəninin sadiq oğlu kimi xatırlayıb.


Bizim.Media