Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü günün birinci yarısında Sankt-Peterburqdakı Konstantinovski sarayında ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, tərəflər arasında keçiriləcək danışıqların ana xəttini və əsas hissəsini Ukrayna münaqişəsinin nizamlanması məsələsi təşkil edəcək.
ABŞ tərəfindən görüşə yalnız Stiv Uitkoff qatılacaq. Donald Trampın digər nümayəndəsi Cared Kuşner səhhətindəki problem səbəbindən səfərdən imtina edib.
Rusiya tərəfindən isə görüşdə Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edəcək.
Uşakovun sözlərinə görə, Putin və Uitkoffun bu görüşü bir neçə gün əvvəldən planlaşdırılıb və təşkilatçılar üçün heç bir sirr təşkil etməyib.
Rusiya səfərindən öncə Stiv Uitkoff Norveçdə bir sıra Avropa rəsmiləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə silsilə görüşlər keçirib. Danışıqlar zamanı konkret hər hansı razılaşmanın əldə olunub-olunmayacağı barədə isə hələlik dəqiq məlumat verilmir.
Bizim.Media