Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır

Mətbuat Şurası jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və mesajların göndərilməsi halları ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Bizim.Media-ya MŞ-dan məlumat verilib.

Bildirilib ki, son günlər tanınmış jurnalistlərin adından saxta Vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsi ilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə məlumatlar daxil olur:

"Hüquq-mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, bu cür fəaliyyət Azərbaycanın hüdudlarından kənarda olan mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən həyata keçirilir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə, dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Çoxsaylı maarifləndirici tədbirlərə baxmayaraq, bəzi vətəndaşlar hələ də belə dələduzluq əməllərinin təsirinə düşürlər.
 

Azərbaycan Mətbuat Şurası bu cür halların ayrı-ayrı insidentlərlə məhdudlaşmadığını və narahatedici tendensiyaya çevrilə biləcəyini nəzərə alaraq, jurnalistləri və ümumilikdə media işçilərini diqqətli olmağa çağırır. Tanıdıqları şəxslərin adından göndərilsə belə, şübhə doğuran mesajların həqiqiliyini yoxlamadan onlara etibar etməmək, cavab verməmək və məzmununu yaymamaq vacibdir.


Xüsusilə, ictimai-siyasi məzmun daşıyan məlumatların mənbəyinin və həqiqiliyinin yoxlanılması mühüm əhəmiyyət daşıyır. Unudulmamalıdır ki, saxta hesablar vasitəsilə göndərilən mesajlar şəxslər barədə yanlış təsəvvür yaratmağı, onların nüfuzuna xələl gətirməyi, həmçinin, ictimai rəyi çaşdırmağı hədəfləyir".

Mətbuat Şurası bənzər hallarla qarşılaşan şəxslərə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmağı, hüquq-mühafizə orqanlarını məlumatlandırmağı tövsiyə edib.

"Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz. Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə [email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın. İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər. Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin.
 

Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur. Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.


Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda, Azərbaycan Mətbuat Şurasını da məlumatlandıra və müvafiq dəstək üçün Şuraya müraciət edə bilərlər. Azərbaycan Mətbuat Şurası jurnalistləri və ictimaiyyəti rəqəmsal mühitdə ayıq-sayıq olmağa, informasiya mənbələrini yoxlamağa və saxta hesablar vasitəsilə həyata keçirilən mümkün təxribatların yayılmasına şərait yaratmamağa çağırır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Volkswagen” 70 mindən çox elektrikli avtomobili geri çağırır

“Volkswagen” 70 mindən çox elektrikli avtomobili geri çağırır

Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev

Gələn il Azərbaycanda altıncı sosial zərf qəbul ediləcək - Musa Quliyev

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb

Mehdiabadda usta ev sahibini bıçaqladı

Mehdiabadda usta ev sahibini bıçaqladı

Parlamentdə bələdiyyələrin fəaliyyəti MÜZAKİRƏ OLUNDU

Parlamentdə bələdiyyələrin fəaliyyəti MÜZAKİRƏ OLUNDU

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Torpaqlardan qanunsuz istifadənin qarşısı alınmalıdır – İdarə rəisi

Siyavuş Novruzov: “Bu gün Azərbaycan regionlarının şəhərlə fərqi yoxdur”

Siyavuş Novruzov: “Bu gün Azərbaycan regionlarının şəhərlə fərqi yoxdur”

2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək

2030-cu ildə Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı 6 milyard dollara yüksələcək

Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI

Əli Əhmədov süni intellektin insanların həyatına TƏSİRİNDƏN DANIŞDI

Sabiq idarə rəisi Raqif Abbasova cəza istənildi

Sabiq idarə rəisi Raqif Abbasova cəza istənildi

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək

Avstraliya 16 yaşdan kiçik uşaqlara görə beş sosial şəbəkəni məhkəməyə verəcək

Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Ukraynada daha bir korrupsiya QALMAQALI: Milli Bankın rəhbərinin kabinetində axtarış aparılır

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib?

Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - SAXLANILDI - FOTO/VİDEO

Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır

Mətbuat Şurasından XƏBƏRDARLIQ: Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır

Məşhur ukraynalı bloqer cəbhədə həlak oldu – FOTO

Məşhur ukraynalı bloqer cəbhədə həlak oldu – FOTO

Bəzi fermerlərin subsidiyaları 50 faiz azaldılacaq - Əkinçilikdə yeni qaydalar

Bəzi fermerlərin subsidiyaları 50 faiz azaldılacaq - Əkinçilikdə yeni qaydalar

Qarabağda sahibkarlıqla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ – Hansı güzəştlər olacaq?

Qarabağda sahibkarlıqla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ – Hansı güzəştlər olacaq?

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Azərbaycanda yağ KƏSKİN BAHALAŞDI

Azərbaycanda yağ KƏSKİN BAHALAŞDI

Peskov: "Rusiya müvəqqəti atəşkəs deyil, sülh istəyir"

Peskov: "Rusiya müvəqqəti atəşkəs deyil, sülh istəyir"

Putin və Uitkoffun görüşünün əsas mövzusu AÇIQLANDI

Putin və Uitkoffun görüşünün əsas mövzusu AÇIQLANDI

End of content

No more pages to load

RADİO