Ukrayna Milli Korrupsiyaya Qarşı Mübarizə Burosu (NABU) Ukrayna Milli Bankının (UMB) rəhbəri Andriy Pışnının kabinetində və yaşayış yerində axtarışlar həyata keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ali Radanın deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında paylaşıb.
Deputatın sözlərinə görə, istintaq tədbirləri UMB rəhbərinin həm iş kabinetində, həm də yaşayış unvanında aparılır.
NABU-nun mətbuat xidməti Milli Bankın binasında və əməkdaşlardan birinin evində axtarışların aparıldığını təsdiqləyib. Lakin şəxsin kimliyi rəsmi olaraq açıqlanmayıb.
Axtarışlar zamanı heç kim saxlanılmayıb və rəsmi ittiham (şübhəli şəxs statusu) irəli sürülməyib. İstintaqın məxfiliyini qorumaq üçün digər detallar açıqlanmır.
Bizim.Media