Rusiyada sosial şəbəkədə gürcüləri təhqir edən və Gürcüstanın məhv edilməsinə çağıran 42 yaşlı İlya Ryabiçenkov 10 min rubl (təxminən 310 lari) məbləğində cərimələnib.
Bizim.Media xəbər verir ki, Rusiya KİV-lərinin verdiyi məlumata görə, avqust ayında İ.Ryabiçenkov "VKontakte" sosial şəbəkəsində 2026-cı ilin iyulunda Gürcüstanın Kaxetiya bölgəsindəki "Agaranis Mamuli" mehmanxanasında rusiyalı turistlərlə yerli sakinlər arasında baş vermiş insidentin videosuna rast gəlib.
Həmin vaxt mehmanxanada toy edən gürcülərlə rusiyalı turistlər arasında münaqişə yaşanmış, Gürcüstan DİN-in məlumatına görə, rusiyalı turistlər eyvandan toy iştirakçılarını təhqir edərək musiqi avadanlığının üzərinə su tökmüşdülər. Nəticədə toya gələnlərdən biri turistlərədn birinə xəsarət yetirmişdi.
Videonu izlədikdən sonra Ryabiçenkov gürcü xalqının ünvanına təhqirlər yağdırıb və Rusiyanın Gürcüstanı tam məhv etməməsinə təəssüfləndiyini bildirib:
"2008-ci ildə orada hər şeyi məhv etmək lazım isi ki, daş dövründə yaşasınlar", – deyə o rəy yazıb.
Şərh Rusiya DİN-in Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən aşkar edilib.
Faktla bağlı inzibati xəta haqqında protokol tərtib olunub. Məhkəmədə təqsirini etiraf edib peşman olduğunu bildirən şəxs, işsizliyi də nəzərə alınaraq 10 min rubl cərimə olunub.
Bizim.Media