Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

XX əsr türk nəsrinin böyük adlarından olan Sabahattin Alinin ölümü ilə bağlı məsələyə aydınlıq gətirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciətdə Sabahattin Alinin ölümü ilə bağlı istintaq və məhkəmə materiallarının yenidən nəzərdən keçirilməsi, dövlət arxivlərində müvafiq sənədlərin axtarılması və yazıçının dəfn olunduğu yerin müəyyən edilməsi tələb olunur.

Türkiyə Jurnalistlər Cəmiyyəti, Türkiyə Naşirlər Birliyi, Türkiyə Jurnalistləri Həmkarlar İttifaqı, Türkiyə Yazıçılar Birliyi və PEN Türkiyə bu gün Ədliyyə Nazirliyinə müraciət edərək, yazıçı, şair və jurnalist Sabahattin Alinin 1948-ci ildəki ölümünə aydınlıq gətirilməsini istəyiblər.

 

Belə ki, 70 ildən çox vaxt keçməsinə baxmayaraq, Sabahattin Alinin ölümü ilə bağlı rəsmi versiya ictimaiyyətdə, eləcə də ədəbi, tarixi və hüquqi dairələrdə mövcud olan şübhələri aradan qaldıra bilməyib. Sənəddə qeyd olunur ki, yazıçının dövrün təhlükəsizlik və kəşfiyyat orqanlarının nəzarəti altında saxlanılarkən pis rəftar və ya işgəncə nəticəsində həyatını itirməsi barədə iddialar heç vaxt müstəqil və hərtərəfli araşdırmaya cəlb edilməyib.

 

Bildirilir ki, cəsədin qəti şəkildə identifikasiya edilə bilməməsi, yarılma əməliyyatından sonra qalıqların taleyinin məlum olmaması və məhkəmə qeydlərindəki çatışmazlıqlar bu şübhələri daha da gücləndirib.

Cümhuriyyət tarixində ən çox müzakirə olunan və həllini tapmamış ölüm hadisələrindən biridir

Sabahattin Alinin ölümünə aydınlıq gətirilməsinin sadəcə fərdi bir hadisənin araşdırılmasından daha geniş məna kəsb etdiyini vurğulayan müraciətdə, məsələnin Cümhuriyyət tarixində ən çox müzakirə olunan və həllini tapmamış işlərdən birinin aydınlaşdırılması baxımından əhəmiyyəti qeyd olunur.

Müraciətdə bildirilir ki, Konstitusiyanın 17-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququ və 2-ci maddədə təsbit edilmiş hüququn aliliyi prinsipi ölüm hallarının effektiv şəkildə araşdırılması tələbini ehtiva edir.

Həmçinin qeyd olunur ki, bir yazıçının öz baxışlarına görə hədəf seçilmiş ola biləcəyinə dair ciddi şübhələrin aradan qaldırılmaması ifadə və mətbuat azadlığı baxımından mühüm bir məsələ təşkil edir.

Yazıçılar və naşirlər Ədliyyə Nazirliyinin qarşısına üç tələb qoydu

Türkiyə Jurnalistlər Cəmiyyəti, Türkiyə Naşirlər Birliyi, Türkiyə Jurnalistləri Həmkarlar İttifaqı, Türkiyə Yazıçılar Birliyi və PEN Türkiyə tələb edir:

1. Sabahattin Alinin ölümü ilə bağlı istintaq və məhkəmə materiallarının – o cümlədən iş materialları "Açılmamış Cinayətlərin Araşdırılması Şöbəsi"nin koordinasiyası altında yenidən nəzərdən keçirilməsi.

2. Hadisə ilə bağlı hər hansı sənədin polis, jandarma, kəşfiyyat və ya dövlət arxivlərində mövcud olub-olmadığının müəyyən edilməsi məqsədilə araşdırma aparılması.

3. Sabahattin Alinin qalıqlarının dəfn olunduğu yerin müəyyən edilməsi və mümkün olduqda, yaxınlarının razılığı ilə DNT və antropoloji müayinələrin aparılması.

Müraciətdə həmçinin araşdırma nəticəsində əldə edilən məlumatların ictimaiyyətlə bölüşülməsi tələb olunub.

 

Xatırladaq ki, Sabahattin ədəbi kimliyini sosial realizm üzərində quran və həyat təcrübələrini əsərlərində əks etdirən yazıçı və şair olub.  Onun “İçimizdəki Şeytan” (1940) və “Xəz paltolu madonna” (1943) romanları türk ədəbi mühitində böyük rəğbət qazanmaqla yanaşı dünyanın bir çox ölkələrinin ədəbi inciləri sırasına qatılıb.

 

İlk dəfə kommunist təbliğatı aparmaq ittihamı ilə, daha sonra isə türk dövlət məmurlarını tənqid etdiyi üçün həbs olunub. Bir müddət sərbəst qaldıqdan sonra bu dəfə guya Atatürkü təhqir etdiyi üçün həbs edilib. Xüsusilə, onunla türkçü-turançı yazıçı Nihal Atsız arasında artan gərginlik "İrqçilik-Turançılıq Məhkəməsi"nin bir hissəsinə çevrildi.

Bu dövrdə o, Əziz Nesinlə birlikdə nəşr etdiyi “Markopaşa” jurnalında siyasətçiləri tənqid etdiyinə görə müxtəlif məhkəmə işləri ilə üzləşdi. Ona qarşı açılan məhkəmə işlərinin əleyhinə nəticələnəcəyi bir vaxtda o, Türkiyəni tərk etməyə çalışdı; lakin Bolqarıstan sərhədini keçməyə cəhd edərkən, qaçış zamanı ona bələdçilik edən yaxın dostu Əli Ərtəkin tərəfindən qətlə yetirildi.

Nəşini balıqçılar tapmışdılar, bədənində isə işgəncə əlamətləri olub. Lakin müəmmalı məqamların olması böyük yazarın necə, hansı şəraitdə öldürülməsi üzərinə uzun illərdir sirr pərdəsi asıb.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Zelenski seçkilərin keçirilməsi üçün 60 gün vaxt İSTƏDİ

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Məşhur türk yazarın ölümü 70 ildən sonra yenidən araşdırılır – Müəmmalı məqamlar var

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Futbola görə 18 marşrutun hərəkəti dəyişdiriləcək

Yaxın günlərdə şanslı olacaq BÜRCLƏR

Yaxın günlərdə şanslı olacaq BÜRCLƏR

“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə ÇIXACAQ

Bütün dünya ona məktub yazır - 104 yaşlı tısbağa əməliyyat olunacaq

Bütün dünya ona məktub yazır - 104 yaşlı tısbağa əməliyyat olunacaq

7-ci sinif şagirdinin məktəbin pəncərəsindən yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

7-ci sinif şagirdinin məktəbin pəncərəsindən yıxılması ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Almaniyada Türkiyə vətəndaşları SAXLANILDI: “Starlink” stansiyasının yandırılmasına görə

Özbəkistana yeni müdafiə naziri TƏYİN OLUNDU

Özbəkistana yeni müdafiə naziri TƏYİN OLUNDU

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Qusarda dəhşətli yanğın: 83 yaşlı qadın diri-diri yandı - VİDEO

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Bakının bu ərazisində QAZ OLMAYACAQ

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Məktəblərdə geyim qaydalarının icrasına dair monitorinqlərə BAŞLANILDI

Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gətirildi - FOTO

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

Instagram və TikTok-a girişdə PROBLEM YARANDI

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

DTX-dən ƏMƏLİYYAT - Həbs edilənlər var - VİDEO

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Maskdan ŞOK XƏBƏRDARLIQ: “Süni intellekt qisas ala bilər”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Fərid Şahbazlı: “Məktəbləri qarşıdurma yuvasına çevirmək istəyənlər qanun qarşısında cavab verəcək”

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

Trampdan Aİ-yə ittiham: Rusiyaya milyardlarla dollar ödəyib

End of content

No more pages to load

RADİO