Londonun Kraliça Meri Universitetində keçirilən ünya ölkələrinin planeti xilas etmək üçün danışıqlarının modelləşdirilməsinə dair eksperimentdə alimlər, hərbçilər, keçmiş məmurlar və beynəlxalq münasibətlər üzrə ekspertlər iştirak ediblər.
Bizim.Media xəbər verir ki, “Wired” jurnalının məlumatına görə, təxminən 20 nəfərin qatıldığı simulyasiyada iştirakçılar ABŞ, Rusiya, Çin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri rolunda çıxış ediblər.
Eksperimentin məqsədi günəş geommühəndisliyinin inkişafı ilə bağlı beynəlxalq razılaşmanın əldə olunmasının mümkünlüyünü yoxlamaq olub. Bu texnologiya nəzəri olaraq günəş şüalarının bir hissəsini əks etdirməklə Yer kürəsinin soyumasına kömək edə bilər.
Simulyasiya zamanı ABŞ və Çin milli maraqlar naminə apardıqları tədqiqatları məhdudlaşdırmaqdan imtina ediblər. Tərəflər texnoloji üstünlüyü itirmək istəmədikləri üçün danışıqlar qarşılıqlı ittihamlara çevrilib.
İştirakçılar iqlim fəlakətləri barədə məlumatlara da lazımi diqqət yetirməyiblər. İqlimşünas rolunda çıxış edən qadının fikirlərindən əsasən tərəflər öz mövqelərini əsaslandırmaq üçün istifadə ediblər. Ssenariyə əsasən, fosil yanacaq sənayesinin arxasında dayandığı qeyri-hökumət təşkilatının müdaxiləsi də danışıqları çətinləşdirib.
Nəticədə tərəflər arasında razılaşma əldə olunmayıb və saziş imzalanmayıb.
Bizim.Media