Səhər saatlarından etibarən “Instagram” və “TikTok” sosial şəbəkələrindən istifadə zamanı problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, istifadəçilərin bildirdiyinə görə, bəzi şəxslər hesablarına daxil ola bilmir, digərləri isə platformalara giriş əldə etsələr də, foto və video materialları aça bilmirlər.
Məhdudiyyətin və ya yaranmış texniki problemin səbəbi hələlik məlum deyil.
Problemin nə ilə əlaqəli olduğu və nə vaxt aradan qaldırılacağı ilə bağlı rəsmi açıqlama yoxdur.
Bizim.Media