Oktyabrın 13-də Bakının bəzi ərazilərində qazın verilişində məhdudiyyətlər olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar 13.10.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bizim.Media