Kanadadakı Halifax Təbiət Tarixi Muzeyinin sakini olan 104 yaşlı "gopher" növlü tısbağa Gus sidik kisəsindən əməliyyat olunacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat ərəfəsində dünyanın müxtəlif yerlərindən gələn "tez sağal" mesajları ilə ruhlanır.
Nəsillər boyu ziyarətçilərin sevimlisinə çevrilən tısbağa, əməliyyatdan sonra bir neçə həftə ərzində ictimaiyyətə açıq gəzintilərinə ara verəcək.
1922 təvəllüdlü Gusu əməliyyat edəcək veterinar cərrahiyyədəki irəliləyişlər sayəsində, planlaşdırılır ki, sidik kisəsindəki daş onun qabığını deşmədən, ayağında açılacaq kiçik bir kəsik vasitəsilə çıxarılsın.
Muzeyin müdiri Ceff Qrey bildirib ki, əməliyyat barədə məlumat verildikdən bəri keçən iki həftə ərzində tısbağaya yüzlərlə məktub, "tez sağal" kartı və müxtəlif sənət nümunələri göndərilib.
Muzeyin sosial media hesablarına da Kanada və dünyanın müxtəlif ölkələrindən minlərlə dəstək mesajı daxil olub. İnsanların Gus ilə nəsillər boyu davam edən bir bağ qurduğunu qeyd edən Qrey dedi:
"Uşaqkən onu ziyarət edənlər indi öz övladları və nəvələri ilə geri qayıdırlar. Bu nostaljini yaşamaq və bölüşmək imkanı insanlara çox təsir edir."
Qeyd edək ki, Gus 1942-ci ildə muzeyin keçmiş direktoru tərəfindən Floridada 5 dollara alındıqdan bəri Təbiət Tarixi Muzeyində yaşayır.
Hava isti olanda çəmənlikdə, soyuq və ya yağışlı günlərdə isə içəridə gündəlik gəzintilərini edən tısbağa həm yerli sakinlərin, həm də müxtəlif ölkələrdən gələn ziyarətçilərin marağına səbəb olur.
"Gopher" tısbağaları təbiətdə adətən təxminən 60 il yaşayırlar. Təhlükəsiz məkan, müntəzəm qidalanma və baytarlıq qayğısı Gusun 100 yaşını keçməsinə imkan verib.
Bizim.Media