Qusarın Quxuroba kəndində baş verən yanğında 83 yaşlı qadın həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəfil alışan evdə yatmış vəziyyətdə olan Hürüpəri Abdulkərimovanı alovun cəngindən xilas etmək mümkün olmayıb.
Mərhumun oğlu onu xilas etməyə cəhd eləsə də bu alınmayıb.
Hadisə yerinə gələn FHN-nin Qusar Dovlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun genişlənməsinin qarşısını vaxtında alıb. Alovun hansı səbəbdən qaynaqlandığı açıqlanmır.
Faktı Qusar rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.