Amerikalı milyarder İlon Mask süni intellektə qarşı qəddar olmamağa dair çağırış edib.
Bizim.Media xəbər verir ki, Maskın sözlərinə görə, superintellektə qarşı qəddar davranmaq yaxşı fikir deyil, çünki gələcəkdə süni intellekt qisas almaq istəyə bilər.
O, həmçinin “Grok” süni intellektinin təlim prosesini izləyərkən bəzən sistemin cavab tapmaq üçün ümidsizcə çalışdığı təəssüratının yarandığını deyib: “Lakin sonradan məlum olur ki, istifadəçinin verdiyi sualın özü düzgün olmayıb”.
Qeyd edək ki, daha əvvəl “Anthropic” şirkəti “Claude” süni intellektinə qarşı təhqiramiz ifadələrin işlədilməsini qadağan edib.
Bizim.Media