Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” xəbər yayıb.
Ərdoğan səfər çərçivəsində BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək və ümumi müzakirələrdə iştirak edəcək.
Daha əvvəl ABŞ-nin Ankaradakı səfiri Tom Barrak bildirib ki, səfər zamanı Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcək.
Bizim.Media