ABŞ Prezidenti Donald Tramp “süni intellekt” (Sİ) terminindən xoşu gəlmədiyini bildirib və buna alternativ olaraq üç ad təklif edib.
Bizim.Media xəbər verir ki, ABŞ lideri öz variantlarını "Truth Social" sosial şəbəkəsində səsverməyə çıxarıb.
Amerikalı lider bu texnologiyanı “ali intellekt”, “ekstremal intellekt” və ya “mütləq intellekt” adlandırmağı təklif edib.
Trampın fikrincə, bu variantlar sürətlə inkişaf edən texnoloji inqilabı daha yaxşı xarakterizə edir.
“Bu bir sorğudur və səsvermədə hər kəsin iştirak etməsindən məmnun olardım! Bu sürətlə inkişaf edən “inqilab” üçün hansı ad daha çox uyğun gəlir?” – deyə Tramp yazıb.
Hazırda ən çox dəstəyi təxminən 42% səslə “ali intellekt” variantı qazanıb.
Bizim.Media