ABŞ Prezidenti Donald Tramp “Süni İntellekt Qüvvələri”nin yaradıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Mən ilk prezidentlik müddətimdə yaratdığım və böyük uğur qazanan Kosmik Qüvvələr kimi Süni İntellekt Qüvvələri yaradıram. Bununla əlaqədar yaxın gələcəkdə Süni İntellekt Qüvvələrinin rəhbərinin təyin olunduğunu açıqlayacağam”, – ABŞ Prezidenti bildirib.
Tramp süni intellekti yeni sənaye inqilabı və ya internetlə müqayisə edərək onun daha böyük miqyas və effektivliyə malik olacağını bildirib. Onun fikrincə, süni intellekt gələcəkdə ABŞ ÜDM-nin 25 faizini əhatə edə bilər.
Bizim.Media