Köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb.

Bizim.Media xəbər verir ki, bunu “milli.az”a azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəfə dövriyyəyə buraxılıb.

"Əskinas dövlətin sifarişi ilə Fransa Mərkəzi Bankında çap olunub. Digər köhnə Azərbaycan əskinaslarında olduğu kimi, 250 manatlığın da dizaynını görkəmli xalçaçı rəssam Eldar Mikayılzadə hazırlayıb. Dizaynda əsasən xalça motivlərindən istifadə olunub", - deyə F.Məmmədov bildirib.

Numizmat qeyd edib ki, 250 manatlıq əskinasın ölçüləri 63x125 millimetrdir. Əskinasın ön hissəsində "Qız qalası", "Azərbaycan Milli Bankı" yazısı, nominal dəyər və seriya nömrələri əks olunub. Arxa hissədə isə milli ornamentlərlə haşiyələnmiş xalçaşəkilli çərçivənin daxilində Azərbaycan Milli Bankının təsviri yer alıb. Əskinasın əsas qoruyucu elementlərindən biri üç alovdan ibarət su nişanıdır.

 

"Bu əskinaslar 2006-cı ildə denominasiya aparıldıqdan sonra dövriyyədən çıxarılıb. Hazırda adi, dövriyyədə olmuş, lakin ciddi xarici qüsurları, ləkələri və qat izləri olmayan nümunələrə Bakıda təxminən 1-2 manat qiymət qoyulur. Dövriyyəyə buraxılmamış, əla vəziyyətdə olan nümunələrin qiyməti isə tələb-təklifdən asılı olaraq 4-10 manat arasında dəyişir", - deyə numizmat vurğulayıb.

 

F. Məmmədovun sözlərinə görə, 250 manatlıq əskinası kolleksiyaçılar üçün daha dəyərli edən əsas amillərdən biri onun vəziyyətinin yaxşı səviyyədə olması ilə yanaşı, unikal seriya nömrəsinə və ya ciddi çap xətasına malik olmasıdır.

"Kolleksiyaçılar əsasən təkrəqəmli, ikirəqəmli, radar seriyalı, aşağı seriyalı və xüsusilə də droblu prefiksə malik, ilk partiyadan olan nümunələrə üstünlük verirlər", - deyə o qeyd edib.

Numizmat “eBay” hərracında yaxın vaxtlarda satılan 250 manatlıq əskinası buna nümunə göstərib.

 

"Bu əskinas qısa müddət dövriyyədə olub. Onun əsas üstünlüyü drob prefiksə malik olması və 725-ci buraxılışdan olmasıdır. Bu, aşağı seriyalı əskinas hesab olunur və kolleksiyaçıların arzuladığı nümunələrdəndir", - F. Məmmədov bildirib.

 

Onun sözlərinə görə, Almaniyalı satıcının hərraca çıxardığı həmin 250 manatlıq əskinas 169 avroya, Azərbaycan valyutası ilə təxminən 329 manata satılıb.

"Əskinasın beynəlxalq sertifikasiyadan keçməsi də onun qiymətinə əlavə üstünlük verir. Məsələn, bir müddət əvvəl Bakıya dövriyyəyə buraxılmamış və PMG tərəfindən sertifikatlaşdırılmış 250 manatlıq əskinas gətirilmişdi. Həmin nümunənin qiyməti 120 manat idi", - deyə F. Məmmədov əlavə edib.

F. Məmmədov bildirib ki, köhnə 250 manatlıq əskinasların dəyərini müəyyənləşdirərkən yalnız onların yaşına deyil, vəziyyətinə, seriya nömrəsinə, çap xüsusiyyətlərinə və sertifikasiyasına da diqqət yetirmək lazımdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Antiterror əməliyyatının iştirakçısı: “Yaralandığımızı heç birimiz hiss etmədik” - VİDEO

Antiterror əməliyyatının iştirakçısı: “Yaralandığımızı heç birimiz hiss etmədik” - VİDEO

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Türk aktyor Şövkət Ələkbərovanın ifasını dinlədiyi anları paylaşdı – VİDEO

Türk aktyor Şövkət Ələkbərovanın ifasını dinlədiyi anları paylaşdı – VİDEO

Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Bakının mərkəzində bəzi parklanma yerləri bağlanır - XƏBƏDARLIQ - FOTO

Bakının mərkəzində bəzi parklanma yerləri bağlanır - XƏBƏDARLIQ - FOTO

Meteohəssas insanların NƏZƏRİNƏ

Meteohəssas insanların NƏZƏRİNƏ

Mehriban Əliyeva: “Qoy suverenliyimiz əbədi olsun!” - FOTO

Mehriban Əliyeva: “Qoy suverenliyimiz əbədi olsun!” - FOTO

CENTCOM: Hörmüz boğazından 1 milyard bareldən çox neft keçirilib

CENTCOM: Hörmüz boğazından 1 milyard bareldən çox neft keçirilib

Tramp “süni intellekt” termininin adını dəyişdirməyi TƏKLİF ETDİ

Tramp “süni intellekt” termininin adını dəyişdirməyi TƏKLİF ETDİ

Bakıda 4 avtobus marşrutunun hərəkəti dəyişdirildi – SƏBƏB

Bakıda 4 avtobus marşrutunun hərəkəti dəyişdirildi – SƏBƏB

İran müharibəni dayandırmaq üçün ABŞ-yə şərtlərini GÖNDƏRDİ

İran müharibəni dayandırmaq üçün ABŞ-yə şərtlərini GÖNDƏRDİ

Köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - VİDEO

Köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - VİDEO

Bakıda 14 yaşlı uşaqla birgə marketi qarət edən həbs olundu

Bakıda 14 yaşlı uşaqla birgə marketi qarət edən həbs olundu

Ağstafada 64 yaşlı qadın hamamda faciəvi şəkildə öldü

Ağstafada 64 yaşlı qadın hamamda faciəvi şəkildə öldü

Livanda İsrail əsgərləri minaya düşdü

Livanda İsrail əsgərləri minaya düşdü

ABŞ Ermənistan ordusunun islahatlarına bütün potensialını qoyacağına SÖZ VERDİ

ABŞ Ermənistan ordusunun islahatlarına bütün potensialını qoyacağına SÖZ VERDİ

Türkiyə İran bankının İstanbul filialının lisenziyasını ləğv etdi

Türkiyə İran bankının İstanbul filialının lisenziyasını ləğv etdi

"Turan Tovuz" "Zirə"ni məğlub etdi

"Turan Tovuz" "Zirə"ni məğlub etdi

Alim Qasımovla Üzeyirin dueti təqdim edildi - VİDEO

Alim Qasımovla Üzeyirin dueti təqdim edildi - VİDEO

Rusiyada silah formalı çanta polisləri hərəkətə keçirdi - Sonda güldülər - VİDEO

Rusiyada silah formalı çanta polisləri hərəkətə keçirdi - Sonda güldülər - VİDEO

Ən çox peşə dəyişən 4 BÜRC

Ən çox peşə dəyişən 4 BÜRC

Müsadirə olundu, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

Müsadirə olundu, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

20 sentyabr: İqtisadi müstəqillikdən suverenliyə

20 sentyabr: İqtisadi müstəqillikdən suverenliyə

End of content

No more pages to load

RADİO