Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama

“Bu gün biz istəsək belə, süni intellekt dövründə, sürət əsrində uşaqları telefonlardan və digər ağıllı cihazlardan tamamilə uzaq tuta bilmərik. Bəzi məsələlər var ki, burada insan amili deyil, dövrün və zamanın tələbləri öz diktəsini edir. Bu diktə yaşa baxmır. Uşağa da, orta yaşlı insana da, gəncə də, yaşlıya da eyni şəkildə təsir göstərir…”

Bizim.Media xəbər verir ki, bu sözləri “Yeni Sabah” a təhsil eksperti Elmin Nuri uşaqların telefon aludəçiliyi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, müasir dövrdə texnologiya həyatın bütün sahələrinə təsir edir və bu təsirdən uşaqları tamamilə kənarda saxlamaq mümkün deyil:

“Məncə, məsələnin digər tərəfi valideynin uşağına qoyduğu düzgün qaydalar və intizamdan başlayır. Valideyn hər məsələdə uşağa “yox” deməməlidir. “Yox” dedikdə bunun izahını verməyi də bacarmalıdır. Eyni zamanda, valideyn bütün məsələlərdə uşağa “hə” də deməməlidir. Çünki hər məsələdə verilən “hə” də “yox” qədər mənfi təsir göstərə bilər. 

Birinci halda, yəni uşağa hər məsələdə “yox” deyildikdə, uşaq özünü heç vaxt sərbəst ifadə edə bilməyəcək. İkinci halda isə, hər məsələyə “hə” deyildikdə, uşaq bütün hədləri və özünün qırmızı xətlərini keçə bilər. Nizam-intizam, qaydalar və müəyyən məhdudiyyətlər uşağa situasiyanı düzgün qiymətləndirməyi öyrədir.

O cümlədən, telefon və digər ağıllı cihazlardan istifadə zamanı düzgün məhdudiyyətlərin qoyulması uşaqlarda ekran asılılığına qarşı mübarizənin ilk və ən vacib addımlarından biridir.

Valideyn uşağa “yox” dedikdə və uşaq bu qadağanı düzgün qəbul etdikdə, həmin məhdudiyyət onun üçün faydalı ola bilər. Məsələn, dərslər zamanı telefon və ağıllı cihazlardan müəyyən məqsədlərlə istifadə etmək mümkündür. Amma telefonun istifadəsi konkret məhdudiyyətlər çərçivəsində təşkil olunarsa, uşaq həmin cihazdan daha səmərəli istifadə etməyi öyrənə bilər”.

Ekspert  telefon istifadəsinin psixoloji tərəfinə də toxunaraq maraqlı bir sınaq təklif edib.

“Burada psixoloji məqam da var. Təsəvvür edin ki, bizdən – istər sizdən, istər məndən  telefon bütün gün ərzində alınır və yalnız bir və ya iki saatlıq geri verilir. Həmin bir-iki saat ərzində telefondan daha dolğun və məqsədyönlü istifadə etməyə çalışarıq. Amma bu gün vəziyyət belə deyil. Telefon 24 saat ərzində bizim əlimizdədir. Heç kim onu bizdən almır. Əksinə, biz hər zaman telefondan asılı vəziyyətdə olduğumuz kimi, telefon da bizim gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Ona görə də əlimizdəki cihazın imkanlarını və ondan nə qədər istifadə etdiyimizi düzgün qiymətləndirə bilmirik.

Məsələn, gəlin belə bir eksperiment aparaq: telefon və digər ağıllı cihazları bir kənara qoyaq və yalnız iki saat istifadə edək. Deyək ki, hər gün saat 15:00-dan 17:00-dək telefondan istifadə edirik. Özümüz üçün iki gün belə bir qayda müəyyən edək.

Görəcəyik ki, həmin iki saat ərzində telefondan istifadə digər günlərlə müqayisədə daha səmərəli və məqsədyönlü olur.

Şagird də bu məhdudiyyəti görməli və yaşamalıdır. O, müəyyən müddət telefondan uzaq qalmağın nə verdiyini öz təcrübəsində hiss etməlidir. Yalnız bundan sonra həmin cihazdan daha düzgün və faydalı istifadə etməyi öyrənə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Merkelin portreti insanlarda böyük maraq yaratdı - FOTO

Merkelin portreti insanlarda böyük maraq yaratdı - FOTO

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO

Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - VİDEO

Tramp “Süni İntellekt Qüvvələri”nin yaradıldığını açıqladı

Tramp “Süni İntellekt Qüvvələri”nin yaradıldığını açıqladı

Rzayi: "Vaşinqtonun İranın şərtlərini qəbul etməsi öz xeyrinədir"

Rzayi: "Vaşinqtonun İranın şərtlərini qəbul etməsi öz xeyrinədir"

"Yaralanan döyüş yoldaşım 2 günə qayıtdı və şəhid oldu" - VİDEO

"Yaralanan döyüş yoldaşım 2 günə qayıtdı və şəhid oldu" - VİDEO

Paşinyanın yenə “dəliliyi tutdu” – Maşında kolonka, kameraya ürək… – VİDEO

Paşinyanın yenə “dəliliyi tutdu” – Maşında kolonka, kameraya ürək… – VİDEO

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama

Telefonu uşağın əlindən almağın ən doğru yolu bu imiş - Açıqlama

Qızdırma, öskürək, halsızlıq... Ölkədə hansı virus yayılıb?

Qızdırma, öskürək, halsızlıq... Ölkədə hansı virus yayılıb?

26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA qoyuldu

26 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına QADAĞA qoyuldu

"Sabah" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı

"Sabah" Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazandı

Antiterror əməliyyatının iştirakçısı: “Yaralandığımızı heç birimiz hiss etmədik” - VİDEO

Antiterror əməliyyatının iştirakçısı: “Yaralandığımızı heç birimiz hiss etmədik” - VİDEO

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi oldu

Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Yamal: “Real”ı izləyirəm, həmişə məğlub olmalarını istəyirəm

Türk aktyor Şövkət Ələkbərovanın ifasını dinlədiyi anları paylaşdı – VİDEO

Türk aktyor Şövkət Ələkbərovanın ifasını dinlədiyi anları paylaşdı – VİDEO

Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Astarada dağlıq yolda ağır qəza: Əyləci sıradan çıxan yük maşını "Niva"ya çırpıldı

Bakının mərkəzində bəzi parklanma yerləri bağlanır - XƏBƏDARLIQ - FOTO

Bakının mərkəzində bəzi parklanma yerləri bağlanır - XƏBƏDARLIQ - FOTO

Meteohəssas insanların NƏZƏRİNƏ

Meteohəssas insanların NƏZƏRİNƏ

Mehriban Əliyeva: “Qoy suverenliyimiz əbədi olsun!” - FOTO

Mehriban Əliyeva: “Qoy suverenliyimiz əbədi olsun!” - FOTO

CENTCOM: Hörmüz boğazından 1 milyard bareldən çox neft keçirilib

CENTCOM: Hörmüz boğazından 1 milyard bareldən çox neft keçirilib

Tramp “süni intellekt” termininin adını dəyişdirməyi TƏKLİF ETDİ

Tramp “süni intellekt” termininin adını dəyişdirməyi TƏKLİF ETDİ

Bakıda 4 avtobus marşrutunun hərəkəti dəyişdirildi – SƏBƏB

Bakıda 4 avtobus marşrutunun hərəkəti dəyişdirildi – SƏBƏB

İran müharibəni dayandırmaq üçün ABŞ-yə şərtlərini GÖNDƏRDİ

İran müharibəni dayandırmaq üçün ABŞ-yə şərtlərini GÖNDƏRDİ

Köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - VİDEO

Köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - VİDEO

End of content

No more pages to load

RADİO