ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox xam neftin Hörmüz boğazından təhlükəsiz keçməsinə şərait yaradıb.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib.
Onun sözlərinə görə, bu müddətdə ABŞ qüvvələri 2 mindən çox ticarət gəmisinin müşayiət olunmasını və təhlükəsizliyinin təmin edilməsini həyata keçirib.
Kuper bildirib ki, Hörmüz boğazının əsas gəmiçilik yolları minalardan təmizlənib.
O, həmçinin dəniz blokadası zamanı İranın neft ixracının tamamilə dayandırıldığını qeyd edib.
Bizim.Media