İlham Əliyevin səfəri Rusiya mediasının diqqət mərkəzindədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri bu ölkənin mətbuat orqanlarının diqqət mərkəzindədir.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfər çərçivəsində Prezident Vladimir Putinlə apardığı danışıqlar, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması, Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanışlıq və Rusiya Hökumətinin sədri Mixail Mişustinlə görüşü Rusiya mediasında geniş işıqlandırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərlərinin suallarını cavablandırdı


“Rossiya-1” telekanalının “Vesti” proqramın Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin Kremldə keçirilən görüşündən hazırladığı materialda bildirilir ki, Bakı və Moskva arasında tərəfdaşlığın yeni səhifəsini açan görüş iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir.

Süjetdə qeyd olunur ki, tərəflər mühüm ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər. Azərbaycan Prezidentinin rusiyalı həmkarını Bakıya dəvət etdiyini vurğulayan “Rossiya-1” kanalının müxbiri planlaşdırılan səfərin əhəmiyyətinə diqqət çəkib.

Rusiyanın “Pervıy” telekanalı Azərbaycan Prezidentinin Moskvaya səfərinin əhəmiyyətini xüsusi qeyd edib. Görüşdə Ukrayna ilə yanaşı, Qarabağ ətrafında vəziyyətin də müzakirə edildiyinin qeyd olunduğu süjetdə V.Putinin regionda vəziyyəti müsbət qiymətləndirdiyi, Azərbaycan Prezidentinin Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vurğuladığı əksini tapıb.

TASS agentliyi iki ölkə liderlərinin Moskva danışıqlarının başlıca yekununun müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması olduğunu yazıb.

Agentliyin materiallarında bildirilir ki, Rusiya və Azərbaycan milli maraqlara cavab verən, üçüncü tərəfə qarşı yönəlməyən hərbi-texniki sahədə də əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

TASS agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Hökumətinin sədri Mixail Mişustin ilə görüşündən də geniş xəbər hazırlayıb. Görüşdə Azərbaycan ilə Rusiya arasında mühüm strateji məsələlərə toxunulduğu diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanışlığı, eləcə də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü barədə ətraflı material təqdim olunub.

Rusiyanın digər aparıcı KİV-ləri, o cümlədən “RİA Novosti”, “İnterfaks” agentlikləri, “İzvestiya”, “Kommersant” qəzetləri, “News.ru” portalı, “Mir” telekanalı da oxucu və izləyicilərinə Azərbaycan liderinin Moskva səfərinin əhəmiyyətindən bəhs edən materiallar yayıb.

“Vestnik Kavkaza” agentliyi yazır ki, Azərbaycan ilə Rusiya arasında imzalanan Moskva Bəyannaməsi çox böyük önəm kəsb edir. Rusiya və Azərbaycan qarşılıqlı olaraq Cənubi Qafqazda etibarlı, öhdəliklərini yerinə yetirən müttəfiqlər qazanıblar.

Müttəfiqlik öz milli maraqlarını reallaşdıracaq iki suveren dövləti birləşdirib. Cənubi Qafqazda yeni dövrün – mühüm regional oyunçuların səylərini gücləndirdiyi bir dövrün başlanğıcı qoyulub.

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

114 il sonra İLK DƏFƏ – Tam Günəş tutulmasının əsrarəngiz kadrları – VİDEO

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

12 milyon avtomobilə təsir edəcək yeni qaydalar

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Azərbaycanda ən çox cinayət hadisəsi baş verən bölgələr – SİYAHI

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Salvador sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Varlananda dəyişməyən 4 bürc

Varlananda dəyişməyən 4 bürc

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

ABŞ helikopteri QƏZAYA DÜŞDÜ – Ölənlər var – VİDEO

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

“Kimə lazımdır sən ərə getdin, getmədin?” - Manaf Ağayev

Sosial müavinət alanların nəzərinə

Sosial müavinət alanların nəzərinə

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Daha bir əfsanə Bakıya gəlir - Səbəb

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Bakının mərkəzində YANĞIN – VİDEO

Bakının mərkəzində YANĞIN – VİDEO

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

İbtidai siniflərdə kişi müəllimlərin sayı artırılır? – YENİ MODEL

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:13 avqustda baş vermiş tarixi hadisələr

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Rusiya ordusu artıq 30 ilə yaxındır mövcud olmayan kəndi «ələ keçirdi»

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

Taker Karlson ABŞ prezidentliyinə namizəd olmayacağını açıqladı

İsrail HƏMAS komandirini MƏHV ETDİ

İsrail HƏMAS komandirini MƏHV ETDİ

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Liviya tranziti: Moskva Afrikada dayaq məntəqəsi hazırlayır - FOTO

Reyn çayı göz önündə dayazlaşır

Reyn çayı göz önündə dayazlaşır

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Ukrayna Rusiyanın 4 gəmisinə zərbə endirdi

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

Almaniyada yeniyetmələrin spirtli içki qəbul etməsinə QADAĞA

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

İrlandiyalı idmançı Avropa çempionatının 48 illik rekordunu yenilədi

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Kolumbiyada qadın dağıntılar altından 36 saat sonra sağ çıxarıldı

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Özbəkistana ilin əvvəlindən 7,7 milyondan çox turist gəlib

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

Azərbaycan qrossmeysteri Çində “The Belt and Road” turnirinin qalibi oldu

End of content

No more pages to load

RADİO