Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə!

Bakı–Tiflis qatarının açılması Türkiyəyə gediş-gəlişi də ucuzlaşdıra bilər. Bildirilir ki, sərnişinlər Tiflisə gedərək oradan qonşu ölkəyə keçə biləcəklər. Bu baxımdan, dolayı yolla Türkiyəyə quru yolunun açıldığını demək mümkündür. İndiki mərhələdə bir azərbaycanlının Türkiyəyə quru yolu ilə səfərinin təxmini nə qədər başa gələcəyi və bu vəziyyətin turizmə necə təsir göstərəcəyi sual doğurur.

Bizim.Media xəbər verir ki, globalinfo.az-a danışan turizm üzrə ekspert Ceyhun Aşurov Bakı–Tiflis qatarının istifadəyə verilməsinin Türkiyəyə səfərləri müəyyən qədər ucuzlaşdıra biləcəyini bildirib:

“İstənilən halda dəmir yolu nəqliyyatının qiyməti hava yolu biletindən daha aşağı olur.

Gürcüstana səfər edənlərin sayı da arta bilər. 2019-cu ildə təxminən 1 milyon 600 min Azərbaycan vətəndaşı Gürcüstana səfər edib. Onların hamısı turizm məqsədli səfər etmirdi, bir qismi tranzit kimi Gürcüstan üzərindən digər ölkələrə gedirdi. Hazırkı vəziyyətdə də Tbilisidən Azərbaycana və əks istiqamətdə tranzit səfərlərin artacağı gözlənilir. Türkiyə vətəndaşları Gürcüstan üzərindən Azərbaycana, eləcə də Azərbaycan vətəndaşları bu marşrutla Türkiyəyə səfər edə bilərlər. Bu isə daha sərfəli imkanlar yaradır”.

Ekspert qeyd edib ki, hazırda Gürcüstana gediş-gəliş təyyarə biletlərinin qiyməti təxminən 500–600 manat civarındadır:

“Türkiyə istiqamətində isə qiymətlər bir qədər yüksəkdir. Qatar xəttinin istifadəyə verilməsi bu xərcləri müəyyən qədər, hətta yarıyadək azalda bilər. Bu, turizmin aktivliyinə də təsir göstərəcək. Gözlənilir ki, daha çox Azərbaycan vətəndaşı Gürcüstana və oradan digər ölkələrə səfər edəcək. Eyni zamanda, bu proses əks istiqamətdə turist axınına da təsir göstərə bilər.

Əsas amillərdən biri yerlərin kifayət qədər olması, biletlərin əlçatanlığı və rahatlığıdır. Bütün bunlar ümumi hərəkət intensivliyinə təsir edəcək”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

UFC döyüşçüsü separatçıların “bayrağını” rədd etdi – VİDEO

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

Venesueladan sonra Yaponiyada da güclü zəlzələ: 6,9 bal – VİDEO

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Sloveniya Prezidentinə MƏKTUB

Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

Ukrayna PUA-larının hücumu: Rusiyada növbəti neft bazası yanır – FOTO/VİDEO

Bakı metrosunun iş qrafiki DƏYİŞİR

Bakı metrosunun iş qrafiki DƏYİŞİR

10 yaşlı uşaq arabadan yıxılıb VƏFAT ETDİ

10 yaşlı uşaq arabadan yıxılıb VƏFAT ETDİ

Bakıda daş karxanasında ÖLÜM

Bakıda daş karxanasında ÖLÜM

“Verdiyimiz qan minlərlə insanı xilas edə bilər" – Mail Ağaxanov

“Verdiyimiz qan minlərlə insanı xilas edə bilər" – Mail Ağaxanov

Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Tramp NATO sammitinə qatılmasının səbəbini açıqladı: "Ərdoğana hörmətimə görə gedirəm"

Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdi, TUTULDU

Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdi, TUTULDU

Braziliya futbolunda məşuqə qalmaqalı: Samir Xaud vəzifəsindən kənarlaşdırıla bilər - FOTO

Braziliya futbolunda məşuqə qalmaqalı: Samir Xaud vəzifəsindən kənarlaşdırıla bilər - FOTO

Nazir məktəblilərin basketbol yarışını izlədi - FOTO

Nazir məktəblilərin basketbol yarışını izlədi - FOTO

Avropa xəritəsi DƏYİŞİR - İki ölkənin birləşmə layihəsi TƏSDİQLƏNDİ

Avropa xəritəsi DƏYİŞİR - İki ölkənin birləşmə layihəsi TƏSDİQLƏNDİ

ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Hotel saniyələr içində yerlə-yeksan oldu - VİDEO

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

Zəlzələnin FƏSADI: Karakas metrosunun fəaliyyəti dayandırıldı

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

Azərbaycanda general 10 il sonra azadlığa çıxdı

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

Ötən ay nağdsız ödənişlərin həcmi nə qədər olub?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

70 manat rüsumu kimlər ÖDƏMƏLİ OLACAQ?

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

Çay kənarında çətənə kolları yetişdirən şəxs HƏBS EDİLDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

60 yaşlı kişi mağazada VƏFAT ETDİ

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

Toxumçuluqla məşğul olanların NƏZƏRİNƏ – Dövlət dəstəyi mexanizmləri BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO