Bakının Qaradağ rayonu ərazisində ölüm hadisəsi olub.
Bizim.Media xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında baş verib.
Orada işləyən Cəlilabad rayon sakini - 1977-ci il təvəllüdlü Əkrəm Əliyev ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
Bizim.Media