Elçin Əmirbəyov: “Hörmüz böhranından sonra Azərbaycan–İtaliya enerji əməkdaşlığı strateji əhəmiyyət kəsb edir”

Azərbaycanla İtaliya arasında enerji əməkdaşlığının strateji əhəmiyyəti Hörmüz böhranından sonra daha da aydın şəkildə üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Formiche.net" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, geosiyasi qeyri-sabitlik dövründə əsas məsələ təkcə enerji məhsullarına əlçatanlıq deyil, həm də təchizat marşrutlarının etibarlılığı və təhlükəsizliyidir:

"Bu baxımdan Azərbaycan uzun müddətdir İtaliya üçün etibarlı tərəfdaş kimi özünü sübut edib. 2025-ci ildə Azərbaycan TAP vasitəsilə İtaliyaya 9,5 milyard kubmetr qaz tədarük edib və bu, İtaliyanın ümumi qaz idxalının təxminən 16 faizini təşkil edib. TAP-ın fəaliyyətə başlamasından etibarən İtaliyaya 42 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Bu, TAP-ın təkcə kommersiya uğuru deyil, həm də İtaliyanın enerji dayanıqlığının strateji sütunu olduğunu göstərir".

E.Əmirbəyov eyni zamanda bu tərəfdaşlığın yalnız ikitərəfli səviyyədə əhəmiyyətli olmadığını söyləyib:

"Azərbaycan bu gün ümumilikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 2025-ci ildə Azərbaycan Avropa İttifaqına üzv dövlətlərə 12,5 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2021-ci illə müqayisədə 53,8 faiz çoxdur. Bu, Cənub Qaz Dəhlizinin artıq Avropa üçün əsas şaxələndirmə marşrutlarından birinə çevrildiyini göstərir.
 

Xüsusilə qitənin etibarlı alternativlər və təhlükəsiz quru təchizat kanalları axtardığı bir dövrdə bu amil xüsusi əhəmiyyət daşıyır. Hörmüz ətrafında son gərginliklər bir daha hamıya xatırlatdı ki, qlobal enerji bazarları geosiyasi şoklara qarşı nə qədər həssasdır.


Bu kontekstdə Azərbaycanın rolu daha böyük dəyər qazanır. Buna görə də, bəli, Hörmüz böhranından sonra Azərbaycan ilə İtaliya arasında enerji əlaqələri təkcə iki ölkə üçün deyil, bütövlükdə Avropa üçün də daha aktual əhəmiyyət kəsb edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

DGK sədri xarici ölkələrdən onlayn alış-veriş edənlərin və bəyannamələrin sayını AÇIQLADI

End of content

No more pages to load

RADİO