Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycan Türkiyə ilə sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün birgə iş aparır.

Bizim.Media xəbər verir ki, bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Türk dövlətləri ilə gömrük sahəsindəki əlaqələri möhkəmlənir və bu proses getdikcə daha da güclənir:

"Türk dövlətləri arasındakı münasibətlər ölkələrarası ticarət dövriyyəsinin artmasına təkan verir, xüsusilə bu dövlətlərin Orta Dəhliz boyunca yerləşməsi buna əsas səbəb kimi çıxış edir. Burada bizə düşən məsuliyyət məhz fəal iş aparmaqdan ibarətdir. Sadələşdirilmiş gömrük dəhlizinin həyata keçirilməsi üçün tədqiqatlarımız və müvafiq çalışmalarımız mövcuddur.

Türkiyə Respublikası ilə bu sahədə birgə iş aparırıq. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla ilkin məlumat mübadiləsi istiqamətində fəaliyyət göstəririk. Əsas hədəfimiz burada "Vahid pəncərə" sisteminin işlənib hazırlanması və onun tətbiqinin təmin olunmasıdır. Bu kontekstdə bir məqamı nəzərinizə çatdırmaq istərdim".

Ş.Bağırov əlavə edib ki, DGK Ümumdünya Gömrük Təşkilatı çərçivəsində olduqca fəal mövqe nümayiş etdirir:

"Biz ÜGT-nin Siyasi Komissiyasının üzvüyük. Orada bilavasitə gömrüklə əlaqəli olan siyasi idarəetmə məsələləri üzrə də öz mövqeyimizi ortaya qoyuruq. Burada vurğulamaq istəyirəm ki, ölkəmizin nüfuzu və inkişafı nəzərə alınaraq, məhz dövlətimizin tövsiyələri əsasında Gömrük Əməkdaşlıq Fondu yaradılıb və bu imkanlar hesabına gələcəkdə ölkələrdə "Vahid pəncərə" sisteminin formalaşması üçün məlumat mübadiləsinin aparılması, məlumatların keyfiyyətinin yüksəldilməsi, əvvəlcədən məlumatların əldə olunması və nəhayət, "Vahid pəncərə" sisteminin tətbiqi nəzərdə tutulur.

Təbii ki, bu prosesin nə vaxt tam başa çatacağını hazırda dəqiq söyləmək mümkün deyil. Çünki burada həm texniki, həm hüquqi, həm də digər prosedur məsələlərinin həll edilməsi tələb olunur. Biz bunu plan şəklində müəyyənləşdirmişik və özümüzə hədəf qoymuşuq.

Türk dövlətlərinin digər üzvləri də bu məsələyə böyük maraq göstərirlər. Biz çalışacağıq ki, bu məsələni həll edək və "Vahid pəncərə" sistemi vasitəsilə Orta Dəhliz və Türk dövlətləri arasında unikal, dünyaya nümunə ola biləcək bir sistem formalaşdıraq. Azərbaycan bu prosesdə çox fəaldır, ən çox təşəbbüslər məhz bizim tərəfimizdən irəli sürülür və biz əminik ki, bu işi uğurla başa çatdıra biləcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

SON DƏQİQƏ! Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı – VİDEO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Müharibə başlayandan bəri Rusiyanın gündəlik itkiləri rekord həddə çatdı

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Prezident: Ölkəmizin müdafiə sənayesi yeni mərhələyə qədəm qoyub

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu - FOTO

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

Minlərlə insanın içində tək qalmaq - Sosial şəbəkələr bizi hara aparır?

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən "ADEX 2026"nın iştirakçılarına MÜRACİƏT

End of content

No more pages to load

RADİO