Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Perunun paytaxtı Limada Azərbaycanla Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib.

Bizim.Media xəbər verir ki, konsert Peru Xarici İşlər Nazirliyinin, Lima Şəhər Bələdiyyəsinin və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və ölkəmizin Perudakı Diplomatik Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.

Konsert Limanın tarixi memarlıq abidələrindən biri olan, Latın Amerikasının ən qədim teatrları sırasında yer alan və Peru mədəni irsinin mühüm simvollarından hesab edilən “Manuel Asensio Sequra” teatrında baş tutub.
 

Yubiley tədbirində Perunun qadın və həssas əhali qrupları məsələləri üzrə naziri Edit Pariona Valer, Lima şəhərinin vitse-meri Fabiola Morales, Lima şəhərinin Miraflores bələdiyyəsinin başçısı Karlos Kanales, Perunun Xarici İşlər, Energetika və Mədəniyyət nazirliklərinin, Konqresin nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və nümayəndələri, müxtəlif regionların merləri, Azərbaycan diasporunun təmsilçiləri, ictimai-siyasi, mədəni və işgüzar dairələrin təmsilçiləri, elm xadimləri, eləcə də Azərbaycanın dostları iştirak edib.


Ölkəmizin Meksika Birləşmiş Ştatlarında, eyni zamanda, Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasının iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın uğurlu inkişafının göstəricisi olduğunu bildirib.

O, son illərdə siyasi dialoqun, parlamentlərarası əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, eləcə də mədəniyyət və təhsil sahələrində qarşılıqlı münasibətlərin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb.

Səfir Azərbaycan ilə Peru arasında dostluq və əməkdaşlıq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə, yeni istiqamətlər üzrə inkişaf edərək hər iki xalqın rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.

Peru Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Luis Alberto Kampana Azərbaycan ilə Peru arasında münasibətlərin son illərdə dinamik inkişafını vurğulayıb.

O, siyasi dialoqun genişləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açaraq, Peru tərəfinin mədəniyyət, təhsil və beynəlxalq təşəbbüslər də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Peru Konqresinin deputatı, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Rosanqella Andrea Barbaran Reyes mədəni diplomatiyanın xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edərək, bu kimi tədbirlərin Azərbaycan ilə Peru arasında humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsinə töhfə verdiyini bildirib.

Tədbir iştirakçılarına Azərbaycan və Peru bəstəkarlarının əsərlərindən ibarət xüsusi konsert proqramı təqdim olunub.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

End of content

No more pages to load

RADİO