Kiyevin Darnitsa rayonunda raket hücumundan sonra anbar binasında yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko özünün “Telegram” kanalında bildirib.
Qeyd edək ki, bundan bir qədər əvvəl elan olunmuş hava həyəcanı fonunda Kiyevdə partlayışların baş verdiyi məlum olmuşdu.
Ukrayna paytaxtının meri Vitali Kliçko şəhərdə hava hücumundan müdafiə (HHM) vasitələrinin işlədiyini bəyan etmişdi.
Ukrayna mediasında yayılan məlumatlara görə, 5 ballistik raket Ukrayna Hava Hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Bizim.Media