Avropa İttifaqı Şurası Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini rəsmi şəkildə bir il uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şuranın açıqlamasında bildirilir:
“Aİ sammitinin qərarına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti bir il uzadılıb”.
18–19 iyun tarixlərində Brüsseldə keçirilən zirvə görüşündə Aİ liderləri Rusiyaya qarşı əsas iqtisadi sanksiyaların müddətinin 2014-cü ildən bəri tətbiq olunan hər altı aydan bir uzadılması praktikasından imtina edərək, bundan sonra onların ildə bir dəfə uzadılması barədə qərar qəbul ediblər.
İlk dəfə 2014-cü ildə tətbiq edilən bu iqtisadi tədbirlər 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Hazırkı sanksiyalar ticarət, maliyyə, energetika və ikili təyinatlı texnologiyalar daxil olmaqla, iqtisadiyyatın əsas sektorlarını əhatə edir.
Bizim.Media