Türkiyəli diyetoloq Ersin Özdemir qarın yağından qurtulmaq üçün "qulaq məməsinə masaj”ı tövsiyə edib.
Bizim.Media xəbər verir ki, Özdemir qarın yağından qurtulmağın yollarından danışarkən qulaq məməsini xüsusi vurğulayıb.
"Bədənimizdə akupunktur nöqtəsi olan qulaq məməciyinə masaj edildikdə iştahı azaldır", - Özdemir deyib.
Diyetoloq qulaq məməsinə masaj etməyin nəinki arıqlamağı sürətləndirdiyini, həm də sakitləşdirici təsir göstərdiyini qeyd edib.
Bizim.Media