Xəzər dənizində suyun səviyyəsinin azalması boğulma təhlükəsini daha da artırır...
Suyun çəkilməsi nəticəsində sahilboyu ərazilərdə dib quruluşu dəyişir və gözlənilməz çuxurlar əmələ gəlir. İnsanlar dayaz görünən yerlərdə hərəkət edərkən qəfil dərinliklə qarşılaşa bilərlər.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, son vaxtlar dənizdə boğulmalarla bağlı yayılan məlumatlar fonunda bu iddialar daha da aktuallaşıb.
Bəs, həqiqətənmi dənizdə suyun səviyyəsinin azalması boğulma riskinin artmasına səbəb olur?
Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyir ki, suyun temperaturu kəskin dəyişdiyi halda bu təhlükə daha da arta bilər:
Ənvər Əliyevin sözlərinə görə, boğulmalara gətirib çıxaran bir sıra amilər var.
Bizim.Media