Türkiyə mediası Yekaterinburqdakı hadisələrdən yazdı - FOTO

Türkiyənin aparıcı qəzetləri, telekanalları, informasiya agentlikləri və xəbər saytları Yekaterinburqda hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı zorakılıq və işgəncələr tətbiq etdiyi faciəli hadisələri geniş işıqlandırıb.

Bizim.Media xəbər verir ki, milyonlarla tamaşaçı və oxucuya Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinə Bakının verdiyi reaksiyadan, o cümlədən, Rusiya dövlət və özəl qurumlarının xətti ilə keçirilməsi planlaşdırılan bütün mədəni tədbirlərin ləğvindən bəhs edilib.

Türkiyə mediası Azərbaycanın Rusiyaya göndərdiyi etiraz notasından da söz açıb, Bakı ilə Moskva arasındakı gərginliyin səbəblərinə dair ekspert rəylərinə yer verib.

“Haber Global” telekanalı Rusiyanı “tarixən etnik diskriminasiya siyasəti aparan ölkə” adlandırıb, Yekaterinburqda OMON-un hərəkətlərini isə “azərbaycanlıların həyatına son qoyan qalmaqal” kimi dəyərləndirib.

Xəbər kanalı həmçinin, Səfərovlar ailəsinin bir üzvünün sözlərini sitat gətirib. Həmin şəxs onlara qarşı amansız davranıldığını və “Ukraynaya cəbhəyə göndərilməklə” hədələndiklərini deyib.

“Hüquqşünas və politoloqların fikrincə, Sverdlovsk vilayətində baş verənlər şovinizm və ksenofobiyanın nəticəsidir. Yekaterinburqdakı hadisələr Rusiyada azərbaycanlılarla bağlı son bir il ərzində baş verən ilk belə hadisə deyil”, – deyə “Haber Global”ın reportajında qeyd olunub.

Reportajda, həmçinin 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL sərnişin təyyarəsinin vurulmasına Rusiya hakimiyyətinin reaksiyası da xatırladılıb.

“AZAL təyyarəsinin qəzaya uğramasından sonra Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi daha da gücləndi. Azərbaycanın ədalətin təmin olunması ilə bağlı mövqeyini sındırmaq, insidenti ört-basdır etmək cəhdləri oldu. Lakin nəticə əksinə oldu. Bakıda hadisənin daha qətiyyətlə araşdırılması tələb edildi”, – deyə telekanal vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Naxçıvanda pensiya ödənişi başa çatdırıldı

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında – FOTO

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

ABŞ tarixində görünməmiş hadisə: Uğursuz edamdan sonra sağ qalmış qadın məhbus danışmağa başladı

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan Kubokunda iki oyun keçirildi - NƏTİCƏLƏR

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Sərhədləri aşan TƏHLÜKƏ – Türkiyədəki təriqətlərin Azərbaycan üçün hansı riskləri var?

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Daşıma imkanları genişləndirilir

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Gədəbəydə 84 yaşlı kişi güllələndi

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib – FOTO

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş... – FOTOFAKT

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı FƏRMAN

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Həkimlərin icbari tibbi sığorta ilə bağlı şikayətlərinə TƏBİB-dən CAVAB

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qubadakı ağır qəzada xəsarət alan şəxsin SON DURUMU

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Qaradağda qəzada ölənlərin sayı 4-ə çatdı

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Ərdoğandan Putinə TELEFON ZƏNGİ – Moskvanın Qara dənizdə gəmilərə etdiyi zərbələr GÜNDƏMDƏ

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Rusiyada taun epidemiyası riski var? - ÜST BƏYANAT YAYDI

Bakıda 10 minə maral başı satılır

Bakıda 10 minə maral başı satılır

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

“Laylay” klipi ictimaiyyətə təqdim olundu - FOTO/VİDEO

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Qubada ağır qəza: 1 ölü, 2 yaralı var - FOTO

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Cüdoçumuz dünya çempionatının FİNALINDA

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

İlham Əliyevlə Vladimir Putin arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Sibiqa Azərbaycana təşəkkür etdi – FOTO

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirildi

End of content

No more pages to load

RADİO