Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvünü qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonu qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı Lü Tzyançaonun səfərinin ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.
 

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yaxşı inkişaf dinamikasının olduğunu və bir çox sahələri əhatə etdiyini deyib.


Dövlət başçısı vurğulayıb ki, ötən il Si Cinpinlə görüşünün nəticələrinə əsasən qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dostluq, tərəfdaşlıq və əməkdaşlığımızın nümayişi olmaqla, qarşılıqlı fəaliyyətimizin səviyyəsini yüksəldib.

Azərbaycan Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə əminliyini bildirib, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığın regionda təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayıb.

Lü Tzyançao dövlət başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu deyərək, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

Ölkəmizə ilk dəfə gəldiyini deyən qonaq Bakıda şahidi olduğu inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpaolunan enerji, nəqliyyat, Orta Dəhliz və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

End of content

No more pages to load

RADİO