Ermənistan niyə Naxçıvanı hədəf alır? – Türkiyəli polkovnik gizli planı İFŞA ETDİ – ÖZƏL

“10 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsi əslində iki mühüm reallığı əks etdirdi. Birincisi, Azərbaycanın Qarabağdakı zəfərinin hüquqi strukturunu yaratdı. İkincisi, Ermənistanın ədalətsiz işğalına son qoymaqla Qarabağın Azərbaycan ərazisi olduğunu sübuta yetirdi”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan Jandarma Qərargah polkovniki, hərbi ekspert Abdullah Cüneyt Küsmez deyib. 

Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi niyə tez-tez pozur? 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan TƏXRİBAT HAZIRLIĞINDA – Bu istiqamətdə ordu CƏMLƏŞDİRİLİR


Polkovnik Ermənistanın hansı manevrlərdən istifadə etməsindən asılı olmayaraq, reallıqların dəyişməyəcəyini bildirib:

“Müharibədən sonra sülh danışıqlarına başlamaq lazımdır. Bununla bağlı müəyyən məqam və mühüm irəliləyiş əldə olunub. Lakin Ermənistan daim atəşkəsi pozmaqla təxribatlarını davam etdirdi. Xüsusilə də Ermənistanın Qarabağ istiqamətində deyil, Naxçıvan istiqamətində atəşkəsi pozmaqda başqa məqsədi var. İrəvan münaqişəni Naxçıvana qədər uzatmaq niyyətindədir. Təxribatların Naxçıvan istqamətinə ötürülməsi Ermənistanın burada yeni problemli vəziyyət yaratmaq niyyətində olduğunu göstərir”, - deyə A.C.Küsmez deyib.

“Hədəf Zəngəzur dəhlizidir”

Polkovnik bildirib ki, Naxçıvan istiqamətində atəşkəsin pozulmasına səbəb Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır: 

“Təbii ki, bunun altında yatan əsas faktor Zəngəzur dəhlizinin açılmasına mane olmaq, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycanla fiziki əlaqəsini kəsmək və hər şeydən əvvəl problemin əslində Azərbaycanın problemi olduğunu göstərməkdir. İrəvan Avropa İttifaqını bu problemin həlli üçün ayağa qaldırmaq niyyətindədir. Təbii ki, burada əslində ikitərəfli vəziyyət var. Ermənistan ABŞ-ı arxa planda saxlamaqla Aİ-nin diplomatik vasitəçi kimi rolunu da gücləndirməyə çalışır. Məhz bu səbəblərdən Ermənistan sülhə aparan prosesi əngəlləyir, atəşkəs rejiminin şərtlərinə əməl etmir”.

Ermənistan niyə silahlanır?

Müsahibimizin fikrincə, hansı silahları almasından asılı olmayaraq Azərbaycana qarşı müharibə Ermənistanın sonu ola bilər:

“Ermənistan Qarabağ müharubəsindən sonra rus mənşəli köhnə silah sistemlərinin heç bir faydası olmadığını, ordusunun komanda strukturunun effektiv olmadığını və buna görə də orta və ya uzunmüddətli perspektivdə Azərbaycanla silahlı mübarizə apara bilməyəcəyini gördü. 

Buna görə də İrəvan bu sistemləri və güc strukturlarını yenidən nəzərdən keçirməyə ehtiyac duydu. İqtisadi sıxıntı içərisində olan Ermənistanın milli gəlirinin bu qədər hissəsini silah sistemlərinə ayırması Ermənistanın daxili siyasətində getdikcə başqa problemlər yaradacaq. 

Ermənistanda yeni müharibəyə hazırlıq gedir? 

Ermənistan əldə etdiyi və ya almağa çalışdığı yeni silah sistemlərinə sahib olsa belə, yenə də müharibə riskinə girəcək vəziyyətdə deyil. Çünki müharibənin həlledici nəticəsi döyüş meydanında bəlli olur. Ona görə də Ermənistanın uzaqmənzilli silahlarla hər hansı qəti nəticə əldə etməsi doktrinal baxımdan da mümkün deyil”, - deyə polkovnik bildirib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş idarəyə yeni rəis təyin edildi

Baş idarəyə yeni rəis təyin edildi

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

Azərbaycanın xarici dövlət borcu 7 % azalıb

Azərbaycanın xarici dövlət borcu 7 % azalıb

I yarımildə Qarabağ və Şərqi Zəngəzura yönələn vəsaitin MƏBLƏĞİ

I yarımildə Qarabağ və Şərqi Zəngəzura yönələn vəsaitin MƏBLƏĞİ

İsrail Suriyanı zəif, Türkiyə isə güclü görmək istəyir

İsrail Suriyanı zəif, Türkiyə isə güclü görmək istəyir

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Zelenski qarşıdan gələn qışın çətin keçəcəyini bildirdi

Zelenski qarşıdan gələn qışın çətin keçəcəyini bildirdi

Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək? – RƏSMİ AÇIQLAMA

İş axtaranların NƏZƏRİNƏ – Yüksək əməkhaqqılı vakansiyaya SON GÜN

İş axtaranların NƏZƏRİNƏ – Yüksək əməkhaqqılı vakansiyaya SON GÜN

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

End of content

No more pages to load

RADİO