İlham Əliyevin səfəri İtaliya mediasının diqqət mərkəzində - FOTO

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb. 

Bizim.Media “AZƏRTAC”a istinadən xəbər verir ki, “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib.

Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb. 

Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib. 
 

Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır. 


Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın “Chigi” Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub. 

Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub. 

Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. 

Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə “Eni” arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Baş idarəyə yeni rəis təyin edildi

Baş idarəyə yeni rəis təyin edildi

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı

ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

ABŞ-dakı dəbdəbəli malikanəsinə görə 2 milyon vergi borcu VAR - FOTO

Azərbaycanın xarici dövlət borcu 7 % azalıb

Azərbaycanın xarici dövlət borcu 7 % azalıb

I yarımildə Qarabağ və Şərqi Zəngəzura yönələn vəsaitin MƏBLƏĞİ

I yarımildə Qarabağ və Şərqi Zəngəzura yönələn vəsaitin MƏBLƏĞİ

İsrail Suriyanı zəif, Türkiyə isə güclü görmək istəyir

İsrail Suriyanı zəif, Türkiyə isə güclü görmək istəyir

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Çin ABŞ bazalarının tamölçülü maketlərini inşa etdi – MÜHARİBƏYƏ HAZIRLAŞIR?

Zelenski qarşıdan gələn qışın çətin keçəcəyini bildirdi

Zelenski qarşıdan gələn qışın çətin keçəcəyini bildirdi

Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

İsrail Qəzza, Suriya və Livandan hərbçilərini çıxarmayacaq – Netanyahu son sözünü dedi

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Sosial müavinətlərlə bağlı YENİ XƏBƏR VAR

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək? – RƏSMİ AÇIQLAMA

Bakıda tozlu hava nə vaxta kimi davam edəcək? – RƏSMİ AÇIQLAMA

İş axtaranların NƏZƏRİNƏ – Yüksək əməkhaqqılı vakansiyaya SON GÜN

İş axtaranların NƏZƏRİNƏ – Yüksək əməkhaqqılı vakansiyaya SON GÜN

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti 28 m/s-dək güclənib

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Ordumuzun daha bir giziri VƏFAT ETDİ - FOTO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Belqoroda kütləvi PUA hücumu: 12 yaralı var - VİDEO

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Soyuq Müharibənin SƏSSİZ QURBANLARI – Dörd müdafiə nazirinin ölümünün illərdir açılmayan SİRR PƏRDƏSİ

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Kolumbiya Azərbaycandakı səfirliyini bağlayacaq

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Zelenski Putinin nədən ehtiyat etdiyini açıqladı – VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ukrayna PUA-ları Rostovu hədəfə aldı: Liman və dəmir yolu zədələndi - VİDEO

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

Magistraturaya ixtisaslaşma seçiminin VAXTI UZADILDI

End of content

No more pages to load

RADİO