Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini RƏDD ETDİ 

Rəsmi Bakı Avropa Parlamentinin qətnaməsini RƏDD ETDİ 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" qətiyyətlə pisləyir və rədd edirik”. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabatı" üzrə qəbul edilmiş qətnamə ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız bu müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır. 
Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir. 

Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı anti-terror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir. 

Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcək", - o qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

İlham Əliyev ailə üzvləri ilə retrospektiv sərgidə - FOTO

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Saakaşvilinin ukraynalı həyat yoldaşı onu MƏHKƏMƏYƏ VERDİ: “Aliment ödəməlidir”

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Finlandiya və Norveç liderləri Putindən nəyi tələb edib? – Zelenskidən AÇIQLAMA

Yevlaxda ağır qəza: 2 ölü var

Yevlaxda ağır qəza: 2 ölü var

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Qazaxıstanda Škoda avtosalonu rusiyalılara avtomobil satmayıb

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Dünyadakı ikili standartlar fonunda Azərbaycan nümunəsinin UNİKALLIĞI

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Çində süni intellekt “köpüyü” partladı - Şirkətlər dörd ayda 480 milyard dollar itirdi

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

Qohumunu sələmə görə qətlə yetirdi – Siyəzəndəki cinayətin TƏFƏRRÜATI – VİDEO

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

ŞOK XƏBƏR: Trampın oğlu Putinə yaxın rusiyalı oliqarxla ova gedib

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Çinli motosikletçi Ginnesin Rekordlar Kitabına düşdü – SƏBƏB

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan ən yaddaqalan anlar - VİDEO

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

Son illər Kür çayının səviyyəsi enmir - Akif Quliyev

End of content

No more pages to load

RADİO