Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır? – İşxan Verdyanla MÜSAHİBƏ 

Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır? – İşxan Verdyanla MÜSAHİBƏ 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Erməni müxalifəti Paşinyanın nailiyyətlərini növbəti itki kimi təqdim edərək, bunu bütün mümkün yollarla ləkələməyə çalışacaq. Lakin onların bu addımı, çətin ki, uğur qazansın”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Qarabağdakı qondarma qurumun fəaliyyətini terror aktı kimi qəbul edirəm” - ÖZƏL 


Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh üçün atılan addımlar, Ermənistan müxalifətinin reallaşan yeniliklərə sərt mövqeyini şərh edən bloger, yaxın vaxtlarda sülhün bərqərar olacağına diqqət çəkib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Verdyan, siz Ermənistan iqtidarını və müxalifətini ən çox tənqid edən şəxslərdənsiniz. Lakin Azərbaycan və Ermənistanın birgə bəyanat verməsindən, vasitəçilər olmadan ortaq məxrəc tapma bilməsindən sonra sizin də hamı kimi fikirləriniz dəyişdi. Necə düşünmək olar, Paşinyan reallıqlarla barışdımı?

- Mən Paşinyanın ən sərt tənqidçisiyəm, amma düzünü deməliyəm - onun hansı reallıqları qəbul etdiyini başa düşmürəm. Paşinyan 2018-ci ildə onun üçün uyğun olmayan Ermənistan siyasi sisteminə rəhbərlik etməyə başladı. O, dövlət aparatının dəhşətli müqavimətini hiss etdiyini və bu müqaviməti dəf edərək radikal qərarlar qəbul etdiyini dəfələrlə bildirib. Bu kontekstdə “Paşinyan gözünü açıbmı?” sualını “Paşinyan kor idi?” ilə əvəz etmək daha doğru olar. 

Ermənistanın dövlət maşını xarici nəzarət üçün qurulub və konfiqurasiya edilib. Paşinyan da bu amili daim nəzərə almalı olub. Ola bilsin ki, Nikolun ikibaşlı siyasət yürütməsinin səbəbi məhz budur. Əvvəlcə o, həqiqətən düşündüyünü deyir, sonra isə ölkənin xarici menecerlərinin ondan nə gözlədiyini söyləyir. Ola bilsin ki, Paşinyan həmişə doğru yolu görüb, amma ölkəni iflasa məruz qoymadan necə addım atacağını bilmirdi. İndi isə o, ilk müstəqil addımını atdı və bunun hansı müsbət nəticələrə gətirib çıxardığını görürük. 

- Birgə bəyanat gələcəyə dair işıqlı məqamlardan xəbər verir. Lakin biz hər zaman Paşinyanın söz verdiyini, sonra sözlərinə əməl etmədiyini görmüşük. Bu konteksdə yanaşsaq, prosesdə maneələr ola bilərmi?

- Bəli, xarici güclər, əlbəttə ki, prosesə müdaxilə etməyə çalışacaqlar. Çünki regionda sülh supergüclərin maraqlarına ziddir. Fövqəldövlətlər bu barədə birbaşa danışmayacaqlar, görünür, hamı Ermənistan və Azərbaycanı əldə etdikləri nailiyyətlərə görə təbrik edəcək, lakin onlar pərdə arxasından hərəkət edəcəklər. Böyük güclər Ermənistan vətəndaşlarının şüuruna təzyiq etmək metodundan istifadə edəcəklər. 

Heyrətamiz bir məqama diqqət çəkmək istərdim: Qarabağ ermənilərinin köçü bəzi qüvvələrin ümid etdiyi kimi, Paşinyanın mövqeyini heç də zəiflətmədi, əksinə, gücləndirdi. Bu gün baş nazir Paşinyanın ölkədə yüksək reytinqi var ki, bu da xalqın kənardan nəzarət altında olan revanşistlərin sözlərinə deyil, onun sözlərinə qulaq asacağına ümid yaradır.

- Sizində qeyd etdiyiniz kimi, müxalifətin reytinqi aşağı olsa da, onların mövcudluğu davam edir. Sizcə, əli günahsız insanların qanına batan Sarkisyan və Köçəryan kimi müxalifətçilər hansı addımları atacaqlar?

- Müxalifət Paşinyanın nailiyyətlərini növbəti itki kimi təqdim edərək, bütün mümkün yollarla onu ləkələməyə çalışacaq. Lakin bu addım, çətin ki, uğur qazansın. Çünki Prezident İlham Əliyevin bütün erməni hərbçilərini bir anda azad etmək qərarı “partlayan bomba” effekti verdi. Bəli, buna qarşı çıxmaq, prosesi birtəhər ləngitmək üçün gülünc cəhdlər olacaq, lakin iki ölkə hökumətləri bu qədər səmərəli işləməyə davam edərlərsə, proses bütün maneələri aradan qaldıracaq.

- Tezliklə sülh sazişi imzalanacaqmı? Bir erməni bloger kimi bu prosesi necə görürsüz?

- Nəzəri cəhətdən heç nə sülh müqaviləsinin imzalanmasına mane olmur və saziş hətta bu gecə də imzalana bilər. Amma mən bu konkret sənədə diqqət yetirməzdim, münasibətlərin bərpası prosesinin özünə baxardım. Axı Gürcüstanla Ermənistan arasında sülh müqaviləsi yoxdur, lakin bu, onların yaxşı qonşu olmasına mane olmur. 

Şəxsən mən hesab edirəm ki, biz diqqəti Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına yönəltməliyik və bu yolda imzalanan istənilən sənəd böyük sülh müqaviləsinin tərkib hissəsi sayıla bilər. Təbii ki, mən istərdim ki, iki ölkənin liderləri bir masa arxasında əyləşsinlər, sənəd imzalasınlar, əl sıxsınlar və ümid edirəm ki, bu da olacaq.

- Təşəkkürlər cənab Verdyan.

- Mən də təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Binə sakinlərinin NƏZƏRİNƏ: Söküntü başladı – VİDEO

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Viktor Orbanın qızı ailəsi ilə birgə Londona köçdü - Macarıstandakı aktivlərini satır - FOTO

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edildi

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

Bu ölkə 4 illik fasilədən sonra “Avroviziya-2027”yə qayıdır - FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub – FOTO

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Budanov Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib etdi

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

Tarixi köklərdən müasir diplomatiyaya - Azərbaycanın İslam dünyasında ARTAN NÜFUZU

"Qarabağ" 6 000 manat cərimələndi

"Qarabağ" 6 000 manat cərimələndi

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Prezident Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı ilə bağlı FƏRMAN

Maliyyə Nazirliyinin vəzifələrindən biri LƏĞV OLUNDU

Maliyyə Nazirliyinin vəzifələrindən biri LƏĞV OLUNDU

Azərbaycanda 17 minə pişik satılır – FOTO

Azərbaycanda 17 minə pişik satılır – FOTO

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

End of content

No more pages to load

RADİO