Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Haaqada Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benelüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri“ adlı beynəlxalq konfrans keçirilib. 

Bizim.Media xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqiləik sükutla yad ediblər. 

Azərbaycan və Niderlandın Dövlət Himnləri səsləndirilib.  

Sonra Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən  “Zəngəzur” sənədli filmi nümayiş olunub. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 22

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov çıxış edərək, mərkəz haqqında məlumat verib.

O, yüz il əvvəl qədimi Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılmasının və bununla bağlı hüquqi prosedurlara başlamağın vaxtı çatdığını bildirib. 

İlham İsmayılov İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qaytmasının vacibliyini vurğulayıb. 

ATXƏM sədri doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 23

BAK-ın sədri Elsevər Məmmədov “Zəngəzur” sənədli filminin Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın ağır və əziyyətli həyatını bir daha xatırlatdığını dedi. 

Qeyd etdi ki, Azərbaycan 30 il separatizmə qarşı mübarizə apardı, dünya onun haqq səsini eşitmədi. Ancaq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz torpaqlarımızı azad etdi. 

Azərbaycan xalqı “Dəmir Yumruq” ətrafında birləşərək, BMT qətnamələrini həyata keçirdi. Növbəti məqsəd Qərbi Azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönüb, doğma evlərində yaşamalıdırlar.  

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 24

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan icması və onun Qayıdış Konsepsiyası tarixindn danışıb. 

Ermənistandan azərbaycanlıların mərhələlərlə qovulmasından danışan Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərdən bəhs edib. 

Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyindən, icmanın inzibati binasını ziyarət etməsindən, Qərbi Azərbaycan icmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsindən danışıb. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 25

Azərbaycan Prezidenti dəstəyinin icma üzvlərini bir daha ilhamlandrdığını bildirib.  

Millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Məmmədov isə Qərbi Azərbaycan icmasının qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində Ermənistan ermənilərdən ibarət mono etnik dövlətə çevrildiyini deyib. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 26

İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani bu mövzu ilə bağlı Qərbi Azərbaycanın tarixi-mədəni zəmini və onun azərbaycanlı kimliyinə təsiri, ata-baba tarixini bilməyin vacibliyi və müasir dünyada birliyin və vahid siyasətin əhəmiyyəti kimi üç aspektdən təhlili fikirini bölüşüb. 

Qeyd edib ki, hətta erməni mənbələrinə əsaslanan İrəvan hökmdarlarının siyahısında onların hamısının Azərbaycan əsilli olduğunu görürük. 

İrəvan xanlığı bölgənin tarixinin, siyasətinin və demoqrafik quruluşunun formalaşmasında həlledici rol oynamışdır.

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 27

Əcdadlarının tarixini və mədəni irsini paylaşmaq, təşviq etmək bir millətin nümayəndələri arasında birliyi gücləndirir. Bu, onların ümumi keçmişi paylaşdıqlarını və ortaq gələcək üçün birlikdə işləyə biləcəklərini xatırladır. 

Vurğulayıb ki, dil əcdad tarixinin həlledici amilidir. Ana dilinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlər milli birliyi təmin edir.

Dədə -baba tarixinə müraciət və bu sahədə maarifləndirmə yalnız keçmişi qoruyub saxlamağa deyil, eləcə də mədəni kimliyin qorunması, təhriflə mübarizə və gələcək nəsillərin öz irsi ilə güclü əlaqəyə malik olmasını təmin edir. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 28

1988-ci ildə İrəvandan zorla qovulmuş, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə Qərbi Azərbaycandan didərgin salınmış soydaşları adından danışaraq, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistanda olan tarixi, dini və mədəniyyət abidələrimizin dağıdılmasından, toponimlərimizin erməniləşdirilmsindən söz açıb.  

Bildirib ki, ermənilər İrəvanda azərbaycanlı izini silməyə çalışsalar da, buna nail ola bilməzlər, çünki tarixi sənədlər saxlanılır. 

O, ailəsinə məxsus mülkün sənədlərini hələ də saxladığını, İrəvanda aparılan qazıntılar zamanı azərbaycanlılara məxsus abidələrin aşkarlandığını  bildirib.   

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 29

BAK-ın mətbuat katibi Gülnarə Əliyeva soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı  beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyinə toxunaraq, bu istiqamətdə görüləcək “yol xəritəsi “ planınından danışıb. 

Qərbi Azərbaycandan didərgin salınmış insanların iştirakı ilə müxtəlif dillərdə vidoeçarxların, kitabların hazırlanaraq yayılmasının vacibliyini qeyd edib. Bildirib ki, Avropada yaşayan Qərbi Azərbaycan icmasının üzvlərinin yerli ictimaiyyətlə görüşləri təşkil edilməlidir.  
BAK-ın vitse-prezidenti Sima Cəfərova, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək, Qayıdış Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər. 

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 30

Konfransda Qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri təqdim edilib.  

Çıxış edənlər dədə-baba yurduna geri dönmək, əzizlərini məzarlarının ziyarət etmək istəklərini ifadə ediblər. 

Tədbirdə Niderlanddakı holland, Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 1
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 2
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 3
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 4
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 5
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 6
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 7
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 8
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 9
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 10
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 11
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 12
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 13
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 14
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 15
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 16
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 17
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 18
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 19
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 20
Niderlandda Qərbi Azərbaycana qayıdışla bağlı beynəlxalq konfrans - İrəvan xanının varisi də qatıldı - FOTO - foto 21

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU

Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU

Erməni deputatlar arasında əlbəyaxa dava - ANBAAN VİDEO

Erməni deputatlar arasında əlbəyaxa dava - ANBAAN VİDEO

Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO

Arda Gülərin uşaqlıq dostu: “O dünya ulduzudur, mən isə zərgərlik mağazasında işləyirəm” – FOTO

Ceyhun Bayramov Türkiyəyə GETDİ

Ceyhun Bayramov Türkiyəyə GETDİ

Deputatlar Atatürkün Bakıdakı abidəsini ziyarət etdi – FOTO

Deputatlar Atatürkün Bakıdakı abidəsini ziyarət etdi – FOTO

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı - YENİ KADR DƏYİŞİKLİYİ

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda inflyasiya ilə bağlı yeni PROQNOZ

Azərbaycanda inflyasiya ilə bağlı yeni PROQNOZ

Şəmkirdə bədbəxt hadisə: Usta vəfat etdi

Şəmkirdə bədbəxt hadisə: Usta vəfat etdi

Yemək zamanı telefon istifadəsini qadağan edirlər

Yemək zamanı telefon istifadəsini qadağan edirlər

Mərkəzi Bankın valyuta ehtiyatları artdı

Mərkəzi Bankın valyuta ehtiyatları artdı

“Uzaq şəhər” serialının treyleri kobud montaj səhvinə görə silindi – VİDEO

“Uzaq şəhər” serialının treyleri kobud montaj səhvinə görə silindi – VİDEO

Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı!

Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı!

Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı

Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı

130 ölkə ABŞ-a qarşı çıxdı: “Kubaya tətbiq edilən embarqo ləğv edilməlidir”

130 ölkə ABŞ-a qarşı çıxdı: “Kubaya tətbiq edilən embarqo ləğv edilməlidir”

Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

Saxarada 4 min ildən çox yaşı olan sirli məzar aşkarlandı

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Azərbaycanda yeni ombudsman seçiləcək

Azərbaycanda yeni ombudsman seçiləcək

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Ukraynanın Rusiyanı BMT-dən çıxarmaq planı var – “Foreign Policy”

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Azərbaycanın beynəlxalq sanksiya siyahısı YENİLƏNDİ

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

Şəmkirdə maşın dərəyə aşdı - Sürücü xəsarət aldı

"Həyat yoldaşım iki ev arasında qalıb"

"Həyat yoldaşım iki ev arasında qalıb"

End of content

No more pages to load

RADİO