
Ukraynalı diplomatlar Rusiyanın BMT-yə üzvlüyünün dayandırılması təşəbbüsünü irəli sürməyi planlaşdırırlar.
Bizim.Media xəbər verir ki, “Foreign Policy” nəşrinin məlumatına görə, Ukraynanın BMT-də keçmiş daimi nümayəndəsi Vladimir Yelçenko və Filip Orlik Fondunun nümayəndələri bu məsələni BMT Baş Assambleyasının rəsmi gündəliyinə daxil etdirmək istəyirlər.
Yelçenkonun fikrincə, Rusiyanın SSRİ-nin hüquqi varisi kimi tanınması səhv olub. Təşəbbüs müəllifləri Rusiyanın BMT-yə üzvlüyünün hüquqi əsaslarını araşdırmaq üçün məsələni Etimadnamələrin yoxlanılması komitəsinə çıxarmağı nəzərdən keçirirlər.
Bununla belə, təşəbbüsün uğur qazanma ehtimalı aşağı qiymətləndirilir. Rusiyanın SSRİ-nin davamçısı statusunun beynəlxalq səviyyədə tanınması və mümkün addımların Ukraynanın müttəfiqləri ilə münasibətlərə təsiri əsas maneələr sırasındadır.
Bizim.Media