Cəmiyyət
Bu gün 12:16

Ozan Akbaba və Sinem Ünsalın baş rollarını ifa etdiyi “Uzaq şəhər” serialının 71-ci bölümünün treyleri montaj səhvinə görə silinərək yenidən yayımlanıb.
Bizim.Media xəbər verir ki, “Haberler” nəşrinin məlumatına görə, treylerdə Alyanın ayağındakı dikdaban ayaqqabının növbəti kadrda idman ayaqqabısına çevrilməsi izləyicilərin diqqətini çəkib.
Səhv aşkarlandıqdan sonra ilk treyler yayından götürülüb və düzəldilmiş versiyası yenidən paylaşılıb. Lakin ilkin treylerin yarım milyon baxış topladığı bildirilir.
Treylerin silinməsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Onlar itirilən baxış sayına görə istehsalçıları tənqid ediblər.
Bizim.Media