Cəmiyyət
Bu gün 12:16

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakı şəhərində yerləşən abidəsi ziyarət olunub.
Bizim.Media xəbər verir ki, ziyarət Türkiyənin Cümhuriyyət Bayramı münasibəti ilə baş tutub.
Ziyarətdə Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri iştirak ediblər.
Abidənin önünə gül dəstələri qoyulub.