Cəmiyyət
Bu gün 12:16

BMT Baş Assambleyası ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi, ticarət və maliyyə embarqosunun ləğvini nəzərdə tutan qətnamə layihəsini 130 ölkənin dəstəyi ilə qəbul edib.
Bizim.Media xəbər verir ki, səsvermədə ABŞ, İsrail, Ukrayna, Argentina və Birləşmiş Ərəb Əmirliklərinin də daxil olduğu 17 ölkə sənədin əleyhinə səs verib.
Kuba Prezidenti Migel Dias-Kanel səsvermənin nəticəsini xalqının qələbəsi adlandırıb və ABŞ administrasiyasını digər ölkələrə təzyiq göstərməkdə ittiham edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının qərarı hüquqi baxımdan məcburi deyil və səsvermənin nəticəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaları avtomatik olaraq ləğv etmir.
Bizim.Media