Cəmiyyət
Bu gün 12:16

“Real Madrid”in futbolçusu Arda Gülərin uşaqlıqda birlikdə futbol oynadığı Bahattin Akgül onun sakit xarakterindən və intizamından danışıb.
Bizim.Media xəbər verir ki, Akgül Arda ilə təxminən 7-8 ay birlikdə oynadıqlarını bildirib.
O, futbolçunun tərbiyəli, sakit və öz aləmində olan biri olduğunu deyib.
Akgülün sözlərinə görə, Arda oyunlara evdən hazırladığı yeməklərlə gəlirdi, digər uşaqlar isə restoranlara gedirdilər. Onu dəvət etsələr də, Arda onlara qoşulmurdu.
Uşaqlıq dostu Ardanın ardıcıl və intizamlı futbolçu olduğunu vurğulayaraq deyib:
“Bu gün o, dünya ulduzuna çevrilib, mən isə zərgərlik mağazasında işləyirəm”.