Bakıda güləş üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə finala yüksəlib. Komandamız B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.
Görüş 5:5 hesabı ilə başa çatıb. Buna görə də əlavə göstəricilərə baxılıb. Əlavə göstəricilərdə daha üstün olan Azərbaycan millisi finala vəsiqə qazanıb - 22:19.
Qeyd edək ki, yığma qızıl medal uğrunda İran komandası ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxmaya görə yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
Bizim.Media