Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

"Ümumiyyətlə, hazırda paytaxtda 200 minə mənzil tapmaq çox çətindir. Bütün qiymətlər artıma doğru gedir. Bu da daşınmaz əmlak bazarındakı situasiya ilə bağlıdır. Belə ki, həm tələb-təklif arasındakı asılılıq, həm də daşınmaz əmlakın investisiya cəzbediciliyinin digər istiqamətləri geridə buraxması qiymət artımına əsas təsir göstərən amillərdir".

Bizim.Media xəbər verir ki, bunu "unikal.az"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
 

O bildirib ki, bölgələrdən mərkəzə doğru iş tapmaq üçün gələnlər, onların daşınmaz əmlak bazarına müraciəti, kirayə qiymətlərinin artmasına təsir göstərən tələbə axını və s. kimi amillər daşınmaz əmlakı il ərzində qiymət artımına məcbur edir:


"Bu qiymət artımı mövcud iqtisadi durum, əhalinin gəlir səviyyəsi, habelə ipoteka və kredit əlçatanlığı şərtləri qarşısında təbii ki, insanların mənzil almaq imkanlarını məhdudlaşdırır. Hazırda İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilən kreditlər ümumi mənzil ehtiyacının yalnız cüzi bir hissəsini, təqribən 5%-ə qədərini ödəyir. Amma kifayət qədər gənc ailələr və yaxud təsərrüfat bölgüsü nəticəsində müstəqil mənzilə malik olmaq istəyən ailələr və digər bu istiqamətdə yeni mənzil almaq istəyənlər, habelə investisiya, biznes məqsədilə mənzil bazarına müraciət edənlər olduğu üçün bu da qiymət artımının baş verməsinin səbəbləri kimi çıxış edir. 

Düşünürəm ki, qiymət artımı fonunda alqı-satqı faktlarının azalması bugünkü problem deyil. Son bir ildə bu problem yaranıb. Amma bu bir ildə qiymətlərin ucuzlaşması baş verməyib, əksinə artım davam edir. Amma artımda müəyyən dinamika var ki, o dinamika əvvəlki illərə nisbətən zəifdir".  

V.Oruc qiymət artımının birmənalı şəkildə davam edəcəyini, azalmanın gözlənilmədiyini qeyd edib: 

"Ən bəsit bir səbəbə görə ki, bina tikintisində normativ qaydalar sərtləşib, xərclər artıb, tikintinin maya dəyəri yüksəlib, torpağın qiyməti durmadan artır. Torpaq tikintidə əsas vacib elementdir. Əməkhaqqı, işçi qüvvəsinin xidmət haqqı, inşaat materialları və bütün bu istiqamətlərdə qiymətlərin yüksəlməsi, əməliyyatların yalnız nağdsız formada baş verməsi qiymətlərin daha da yüksəlməsinə səbəb olur. 
 

Onu qeyd edim ki, əməliyyatların nağdsız formada baş verməsi şəffaflığın təmin olunmasıdır, amma digər tərəfdən tikinti şirkətlərində ƏDV ödəyicilərinin olduğunu nəzərə alsaq, həmin şəffaflıq tikinti materiallarından tutmuş işçi qüvvəsinə qədər, işçi qüvvəsindən tutmuş tikinti prosesinin özünə qədər qiymətləri artırır. 


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən edilmiş yeni normativlər də çox sərt olduğu üçün bu da tikintinin maya dəyərinin artmasına səbəb olur. Ona görə də birmənalı demək olar ki, qiymətlərin ucuzlaşması gözlənilmir və mövcud iqtisadi şəraitdə qiymətlər yenə də artacaq. Amma bu artımın ötən illərə nisbətən temp baxımından zəif olacağını ehtimal etmək olar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Bu ünvanlardakı binalar sökülə bilər

Bu ünvanlardakı binalar sökülə bilər

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Ziya Muradovun ölümü ilə bağlı Baş Prokurorluqdan AÇIQLAMA

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Əli Əsədovdan turizmin inkişafı ilə bağlı dövlət qurumlarına TAPŞIRIQ

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Gəncədə AİLƏ FACİƏSİ – Oğul anasını bazarda bıçaqladı

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu – Foto

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, yağış yağacaq – SABAHIN HAVASI

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

Moped və motosikletlər üçün yeni QADAĞA – Hansı hallarda mümkündür?

End of content

No more pages to load

RADİO