İran ABŞ ilə razılaşma üçün şərtlərini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Livanın “Al-Manar” telekanalına müsahibəsində danışıb.
Rzayi bildirib ki, İran Livanın təhlükəsizliyini bütövlükdə Yaxın Şərqin təhlükəsizliyinin tərkib hissəsi hesab edir.
Onun sözlərinə görə, Yaxın Şərqin müxtəlif bölgələrində, xüsusilə Livanda müharibənin dayandırılması, İsrailin Livan ərazilərindən çıxarılması və Qəzza müharibəsinə son qoyulması İranın ABŞ ilə istənilən razılaşmada irəli sürdüyü əsas şərtlər sırasındadır.
General qeyd edib ki, bölgənin hər hansı bir hissəsində davam edən gərginlik digər ölkələrə də siyasi, iqtisadi və təhlükəsizlik baxımından təsir göstərə bilər.
Bizim.Media