Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanda “Turizm kəndi” konsepsiyası çərçivəsində turizm potensialına malik kəndlərin müəyyənləşdirilməsi xüsusi meyarlar əsasında aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
 

Bildirilib ki, hazırda Qusar rayonunun Laza, Quba rayonunun Qrız, Qəbələ rayonunun Duruca, Qax rayonunun İlisu və Sarıbaş, İsmayıllı rayonunun İvanovka, Lerik rayonunun Bibiyani və Astara rayonunun Sım kəndlərini əhatə edən “Turistik kənd” layihəsi mərhələli şəkildə həyata keçirilir.


Agentlikdən qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində “Turizm kəndi” konsepsiyasının formalaşdırılması və bu istiqamətdə müvafiq normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Mövcud “Turistik kənd” layihəsi çərçivəsində sözügedən kəndlərdə turizm infrastrukturunun inkişafı ilə yanaşı, aidiyyəti dövlət qurumları ilə institusional əməkdaşlıq, özəl sektorun prosesə cəlb olunması, qrant mexanizmləri vasitəsilə qeyri-hökumət təşkilatlarının və yerli icmaların iştirakı təmin edilir.
 

Qeyd olunub ki, yeni Dövlət Proqramı çərçivəsində mövcud təcrübə əsasında “Turizm kəndi” konsepsiyası üçün vahid tənzimləyici çərçivənin yaradılması, kəndlərin müəyyən edilmiş meyarlar əsasında seçilməsi və onların turizm potensialının sistemli şəkildə qiymətləndirilməsi planlaşdırılır.


Hazırda layihəyə daxil olan kəndlərdə başlanılmış işlərin və inkişaf tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

Yeni yaşayış məntəqələrinin “Turizm kəndi” kimi müəyyənləşdirilməsi isə hazırlanacaq meyarlar, xüsusi inkişaf prinsipləri və normativ hüquqi çərçivə əsasında aparılacaq qiymətləndirmədən sonra mümkün olacaq.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, kəndlərin qiymətləndirilməsi üçün ilkin meyarlar artıq hazırlanıb.

“Seçim zamanı yalnız mövcud turizm resursları deyil, turizmin dayanıqlı inkişafı üçün zəruri olan sosial, infrastruktur, memarlıq və ekoloji amillər də kompleks şəkildə nəzərə alınacaq.
 

Qiymətləndirmədə yerli icmanın iştirakı, infrastruktur və nəqliyyat əlçatanlığı, memarlıq və mədəni irs, ətraf mühit, xidmət imkanları, eləcə də kəndin ümumi dayanıqlı inkişaf potensialı əsas amillər sırasında olacaq”, – deyə rəsmi məlumatda qeyd olunub.


Agentlikdən o da vurğulanıb ki, hazırda bu meyarlar ilkin qiymətləndirmə çərçivəsini təşkil edir. “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza formalaşdırıldıqdan sonra meyarların yekunlaşdırılması və müvafiq qaydada təsdiqlənməsi planlaşdırılır. (modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Bu ünvanlardakı binalar sökülə bilər

Bu ünvanlardakı binalar sökülə bilər

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

End of content

No more pages to load

RADİO