Xəbər verdiyimiz kimi, avqustun 25-də Qusar Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Eldar Hacıbalayev icra başçısı Sahir Məmmədxanovun əmri ilə vəzifəsindən azad edilib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Eldar Hacıbalayevdən sonra onun həyat yoldaşı – Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar Mədəniyyət Sektorunun müdiri Elvira Hacıbalayeva da vəzifəsini itirib.
Elvira Hacıbalayeva vəzifəsindən azad olunması üçün özü ərizə ilə müraciət edib.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsindən Bizim.Media-ya Elvira Hacıbalayevanın öz ərizəsi ilə vəzifəsindən azad olunduğu təsdiqlənib. Bildirilib ki, o, ötən gün kollektivlə vidalaşıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu