Bu ünvanlardakı binalar sökülə bilər

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.

Bizim.Media Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynallı küçəsi 37 ünvanındakı 4A saylı binanın sökülməsi nəzərdən keçirilir.
 

Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə gətirib.


Söküntünün həyata keçirilməsi halında həmin binalarda yaşayan sakinlərin mənzillərinin taleyi və onların hansı formada təmin olunacağı da ayrıca müəyyənləşdirilməli olacaq.

Qeyd edilən ünvanlardakı binaların sökülüb-sökülməyəcəyi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Qurumdan bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər: 

“Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur”.

Qeyd edək ki, əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Tibbdə tarixi ilk – beyin şişi bu üsulla çıxarıldı

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Eldar Hacıbalayevin həyat yoldaşı da işdən azad olundu – ÖZƏL

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Maksim Qalkin Bakıdan fotolarını paylaşdı

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı QƏRAR

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Pensiyalarla bağlı şad xəbər: 10 faiz artım...

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanın bu kəndlərində evlər kəskin bahalaşacaq

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmi Qara dənizdə batıb – FOTO

Bu ünvanlardakı binalar sökülə bilər

Bu ünvanlardakı binalar sökülə bilər

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

III qrupda boş yerlər yalnız bir ixtisasda qalıb

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Bakıda ev almaq istəyənlərə PİS XƏBƏR: 200 minlik mənzillər...

Nigar Fərhad sərbəst buraxıldı

Nigar Fərhad sərbəst buraxıldı

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Nə yağış, nə də işıqların sönməsi toya mane oldu- Video

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Səfir “Qarabağ” və Qurbanovdan nələr yazdı?

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

İran ABŞ-la razılaşma üçün şərtlərini AÇIQLADI – VİDEO

End of content

No more pages to load

RADİO